Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 Oktyabr 14:55
Şərh Yoxdur
477

Padşahların ən pis xüsusiyyəti düşməndən qorxmaq

Əmr bin Dinar deyir: Usamə ibn Zeyd xəstəlik yatağında olarkən İmam Hüseyn (ə) onu ziyarət etdi. Üsamə çətinliklərindən şikayətləndi. İmam Hüseyn (ə) ondan çətinliyinin nə olduğunu soruşaraq dedi: Ey qardaş, nəyin qəmini çəkirsən? Üsamə dedi: Altımış min dirhəm borcum var. İmam Hüseyn (ə) buyurdu: Onu mən ödəyəcəm. Üsamə dedi: Mən öləcəyimdən qorxuram. İmam Hüseyn (ə) buyurdu: Sən ölməmişdən öncə mən onu ödəyəcəm. Ravi deyir: İmam Hüseyn (ə) dediyi kimi də etdi və Üsamə həyatda ikən onun borcunu ödədi. İmam Hüseyn (ə) deyərdi: Padşahların ən pis xüsusiyyəti düşməndən qorxmaq, zəiflərə qarşı sərt və qəsavətli olmaq və əta edərkən xəsislikdir. عَمْرُو بْنُ دِينَارٍ قَالَ: دَخَلَ الْحُسَيْنُ (ع) عَلَى أُسَامَةَ بْنَ زَيْدٍ وَ هُوَ مَرِيضٌ، وَ هُوَ يَقُولُ وَا غَمَّاهْ. فَقَالَ لَهُ الْحُسَيْنُ (ع): وَ مَا غَمُّكَ يَا أَخِي؟ قَالَ: دَيْنِي وَ هُوَ سِتُّونَ أَلْفَ دِرْهَمٍ. فَقَالَ الْحُسَيْنُ (ع): هُوَ عَلَيَّ. قَالَ: إِنِّي أَخْشَى أَنْ أَمُوتَ. فَقَالَ الْحُسَيْنُ (ع): لَنْ تَمُوتَ حَتَّى أَقْضِيَهَا عَنْكَ. قَالَ (الراوی): فَقَضَاهَا قَبْلَ مَوْتِهِ، وَ كَانَ (علیه السلام) يَقُولُ: «شَرُّ خِصَالِ الْمُلُوكِ الْجُبْنُ مِنَ الْأَعْدَاءِ وَ الْقَسْوَةُ عَلَى الضُّعَفَاءِ وَ الْبُخْلُ عِنْدَ الْإِعْطَاءِ». Məhəmməd ibn Əli ibn Şəhraşub Mazəndərani, “Mənaqibu Ali Əbi Talib”, c.4, s.65.

Digər “Hədislər ” Xəbərləri

Dörd әmәli yеrinә yеtirәnə Аllаh cәnnәtdә bir еv tikәr

Əgər insan Allahın razılığını qazanmaq, Allah bəyənən tərzdə yaşamaq, başqa sözlə, səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları... Davamı..

Üsamə bin Zeyd deyir:

Üsamə bin Zeyd deyir: “Bir gecə hər hansı bir ehtiyacıma (işimə) görə Peyğəmbərin (s) qapısını döydüm. Peyğəmbər (s) bayıra çıxdı, lakin libasının... Davamı..

10 nəfər 10 şeyi gözləməsin:

10 nəfər 10 şeyi gözləməsin: 1. Təkəbbürlü adam özü barəsində başqalarından xoş söz və tərif eşitməyi. 2. Hiyləgər və hoqqabaz adam dostunun... Davamı..

Peyğəmbərin (s) ədəbindən idi…

Peyğəmbərin (s) ədəbindən idi… Günlərin birində Peyğəmbər (s) Mədinə məscidinin bir guşəsində tək oturmuşdu. Bu zaman məscidə müsəlmanlardan biri daxil oldu. Məsciddə... Davamı..

Əhli-beytə (ə) məxsus altı xislət və yeddi fəzilət

İmam Səccad (ə) Yezidin məclisində belə buyurmuşdur: أيُّهَا النّاسُ، اُعطينا سِتًّا، وفُضِّلنا بِسَبعٍ: اُعطينَا العِلمَ، والحِلمَ، والسَّماحَةَ، والفَصاحَةَ، والشَّجاعَةَ، والمَحَبَّةَ في قُلوبِ... Davamı..

“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi

1.“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi Büreyd İcli deyir ki, İmam Baqirdən (ə) “rəsul”, “nəbi” və “mühəddəs” haqda soruşduqda, o Həzrət buyurdu: الرَّسولُ... Davamı..

Bəzilərinə bəxş edilən xas nemət

1. Bəzilərinə bəxş edilən xas nemət İmam Cavad (ə): إِنَّ لِلّهِ عِباداً يَخُصُّهُمْ بدوامِ النِّعَمِ، فَلَا تَزالُ فيهِم ما بَذَلوا لَها، فَإذا... Davamı..

Qohumlara yaxşılığın təsirləri

1. Qohumlara yaxşılığın təsirləri İmam Rza (ə) buyurmuşdur: صِلَةُ الرَّحِمِ مَنْسَأَةٌ فِي الْأَجَلِ مَحْبَبَةٌ فِي الْأَهْلِ “Qohumlara yaxşılıq ölümü təxirə salır və ailədə məhəbbət yaradır.” (“Üsuli-kafi”,... Davamı..