Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 İyun 11:55
Şərh Yoxdur
381

Dörd әmәli yеrinә yеtirәnə Аllаh cәnnәtdә bir еv tikәr

Əgər insan Allahın razılığını qazanmaq, Allah bəyənən tərzdə yaşamaq, başqa sözlə, səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları və kəlamlarını özünə örnək bilməli və onları öz həyatında gerçəkləşdirməlidir. Bəşəriyyətə hərtərəfli örnək və nümunə olan həmin insanlardan biri də imam Zeynəlabidin (ə)-dır. Bu gün – Şəban ayının 5-i, yəni Aprelin 2-i o həzrətin doğum günüdür. Elə bu münasibətlə Əhli-beyt (ə) tərəfdarlarını təbrik edirik və bu fürsətdən istifadə edərək, o həzrətdən nəql olunan dəyərli kəlamlardan dördünü diqqətinizə çatdırırıq. Ümid edirik ki, Əhli-beytin (ə) kəlam və göstərişlərinə əməl etməklə həyatımızın uğur və müvəffəqiyyətini günbəgün daha da artıraq!

1. İmam Zeynəlabidin (ə) buyurmuşdur:

أَرْبَعٌ مَنْ كُنَّ فِيهِ بَنَى اللَّهُ تَعَالَى لَهُ بَيْتاً فِي الْجَنَّةِ مَنْ آوَى الْيَتِيمَ وَ رَحِمَ الضَّعِيفَ وَ أَشْفَقَ عَلَى وَالِدَيْهِ وَ رَفَقَ بِمَمْلُوكِه‏

“Dörd әmәli yеrinә yеtirәnə Аllаh cәnnәtdә bir еv tikәr: 1. yеtimә sığınacaq vеrәnə; 2. zәiflәrә mәhәbbәt göstərənə; 3. vаlidеyninә ürәk yаndırana; 4. köləsi (tabeçiliyində olan) ilә хоş rәftаr еdənə.”[1]

2. İmam Zeynəlabidin (ə) buyurmuşdur:

أرْبَعٌ مَنْ كُنَّ فیهِ كَمُلَ إسْلامُهُ، وَ مَحَصَتْ ذُنُوبُهُ، وَ لَقِیَ رَبَّهُ وَ هُوَ عَنْهُ راض: وِقاءٌ لِلّهِ بِما یَجْعَلُ عَلى نَفْسِهِ لِلنّاس، وَ صِدْقُ لِسانِه مَعَ النّاسِ، وَ الاْسْتحْیاء مِنْ كُلِّ قَبِیح عِنْدَ اللّهِ وَ عِنْدَ النّاسِ، وَ حُسْنُ خُلْقِهِ مَعَ أهْلِهِ

“Dörd xüsusiyyətə sahib olan şəxsin imanı kamil olar, günahları bağışlanar və Allah-Taalanın razılığını qazandığı halda Onun hüzuruna gedər (dünyadan köçər); 1. ilahi qorxu, belə ki, heç bir təvəqqesi olmadan xalqa xidmət etmək; 2. insanlarla doğru danışmaq; 3. Allah-Taalanın və insanların nəzərində (şəri və ürfi baxımdan) çirkin sayılan işlərdən uzaq olmaq; 4. əhli-əyalı ilə xoş rəftar etmək.”[2]

3. İmam Zeynəlabidin (ə) buyurmuşdur:

ثَلَاثٌ مُنْجِيَاتٌ لِلْمُؤْمِنِ كَفُّ لِسَانِهِ عَنِ النَّاسِ وَ اغْتِيَابِهِمْ وَ إِشْغَالُهُ نَفْسَهُ بِمَا يَنْفَعُهُ لآِخِرَتِهِ وَ دُنْيَاهُ وَ طُولُ الْبُكَاءِ عَلَى خَطِيئَتِهِ

“Üç əməl möminin nicаtınа sәbәb оlаr: 1. dilini pis sözlәrdәn vә insanların qеybәtindәn qorumаq; 2. dünyаsı vә ахirәtinә fаydаsı оlаn işlәrlә mәşğul оlmаq; 3. öz xətalаrınа görә çox аğlаmаq.”[3]

4. İmam Zeynəlabidin (ə) buyurmuşdur:

مَنْ قَنِعَ بِمَا رَزَقَهُ اللَّهُ فَهُوَ مِنْ أَغْنَى النَّاسِ

“İnsanların ən zəngini Аllаhın vеrdiyi nеmәtlәrә qаnе оlаn kəsdir.”[4]

 



[1] “Vəsailuş-şiə”, 16-cild, səh.338.

[2] “Mişkatul-ənvar”, səh.172; “Biharul-ənvar”, 66-cı cild, səh.385, hədis 48.

[3] “Tuhәful-uqul”, sәh. 290.

[4] “Tuhәfül-üqul”, sәh. 285.

Digər “Hədislər ” Xəbərləri

İmamət və vilayətə tabe olmağın zəruriliyi

İmamət və vilayətə tabe olmağın zəruriliyi الامام الهمام أبو محمد علی بن الحسن العسکری (ع) قال: قَالَ الامام الصَّادِقُ (ع):‏ وَ أَعْظَمُ... Davamı..

✳️ İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti

  «أُوصيكُمْ بِتَقْوَى اللّهِ وَ الْوَرَعِ فى دينِكُمْ وَالاجْتَهادِ لِلّهِ وَ صِدْقِ الْحَديثِ وَ أَداءِ الأَمانَةِ إِلى مَنِ ائْتَمَنَكُمْ مِنْ بَرٍّ أَوْ... Davamı..

Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir:

Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir: بُنِيَ الْإِسْلَامُ عَلَى خَمْسٍ إِقَامِ الصَّلَاةِ وَ إِيتَاءِ الزَّكَاةِ وَ حِجِّ الْبَيْتِ... Davamı..

Ey Əbuzər! Behiştə getmək istəyirsən?…

Peyğəmbəri-Əkrəm (s) : Ey Əbuzər! Behiştə getmək istəyirsən?…   Peyğəmbəri-Əkrəm (s) yaxın səhabəsi Əbuzər Qifariyə nəsihət edərkən belə buyurur: یَا ابا ذر!... Davamı..

Qızıl tövsiyələr

  Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: مَنْ تَوَاضَعَ لِلَّهِ رَفَعَهُ اللَّهُ وَ مَنْ تَكَبَّرَ خَفَضَهُ اللَّهُ وَ مَنِ اقْتَصَدَ فِي مَعِيشَتِهِ رَزَقَهُ اللَّهُ وَ... Davamı..

Ey Əli, üç əməl gözəl xasiyyətlərdəndir

Peyğəmbəri-Əkrəm (s) imam Əmirəlmöminin Əliyə (ə) vəsiyyətində buyurmuşdur: يا عَلِىُّ، ثَلاثٌ مِنْ مَكارِمِ الْأَخْلاقِ: تُعْطِى مَنْ حَرَمَكَ، وَ تَصِلُ مَنْ قَطَعَكَ، وَ... Davamı..

“Ey Əli, sizin içinizdə əxlaqı mənim əxlaqıma daha çox oxşayan insan haqqında xəbər verimmi?”

Peyğəmbəri-Əkrəm (s) öz vəsisi, elm şəhərinin qapısı olan imam Əmirəlmöminin Əliyə (ə) belə buyurmuşdur: يا عَلِىُّ، أَلا اُخْبِرُكُمْ بِأَشْبَهِكُمْ بِى خُلُقاً؟ “Ey... Davamı..

Dörd şeydən qorxub, dörd kəlməyə sığınmayan şəxsə təəccüb edirəm

İmam Sadiq (ə) buyurmuşdur: “Dörd şeydən qorxub, dörd kəlməyə sığınmayan şəxsə təəccüb edirəm: 1. Qorxu içində yaşayan, amma “حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ – Həsbunəllah və ne`məl-vəkil”... Davamı..