Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 Aprel 23:45
Şərh Yoxdur
131

Qohumlara yaxşılığın təsirləri

1. Qohumlara yaxşılığın təsirləri

İmam Rza (ə) buyurmuşdur:

صِلَةُ الرَّحِمِ مَنْسَأَةٌ فِي الْأَجَلِ مَحْبَبَةٌ فِي الْأَهْلِ

“Qohumlara yaxşılıq ölümü təxirə salır və ailədə məhəbbət yaradır.” (“Üsuli-kafi”, c.2, səh.151.)

2. Bəndələri Allaha yaxınlaşdıran ən fəzilətli əməl

Füzeyldən nəql olunur ki, İmam Rzadan (ə) vacib göstərişlər içərisində bəndələri Allaha yaxınlaşdıran ən üstün və fəzilətli əməlin hansı olduğunu soruşdum. Həzrət buyurdu:

أفضَلُ ما يَتَقَرَّبُ بِهِ العِبادُ إلَى اللّهِ طاعَةُ اللّهِ وطاعَةُ رَسولِهِ، وحُبُّ رَسولِهِ (ص) واُولِي الأَمرِ

“Bəndələri Allaha yaxınlaşdıran ən fəzilətli əməl Allaha və Peyğəmbərə itaət, Peyğəmbəri və əmr sahiblərini (Əhli-beyt imamlarını) sevməkdir.” (“Əl-kafi”, c.1, səh.187, hədis 12.)

3. Qazanan və ziyana uğrayan

İmam Rza (ə) buyurmuşdur:

مَنْ حاسَبَ نَفْسَهُ رَبِحَ وَ مَنْ غَفَلَ عَنْها خَسِرَ

“Nәfsini cilоvlаyan qazanar və ondan qаfil оlаn zәrәrə düşər.” (“Mizаnul-hikmәt”, c.10, sәh.576.)

4. Hikmətli söz

İmam Rza (ə) buyurmuşdur:

 مَنْ خافَ أمِنَ وَ مَنِ اعْتَبَرَ أبْصَرَ وَ مَنْ أبْصَرَ فَهِمَ وَ مَنْ فَهِمَ عَلِمَ

“Qоrхan amanda qalar və ibrәt götürən bәsirәtli (ayıq) olar. Bəsirətli olan dərk edər və dәrk edən bilikli оlаr.” (“Mizаnul-hikmәt”, c. 10, sәh.576.)

5. İbadət və təfəkkür

İmam Rza (ə) buyurmuşdur:

لَیسَتِ العِبادَة کَثَرة الصِّیامِ و الصّلوة و انَّما اِلعبادَة کَثَرة التَّفَکُّرِ فِی اَمرِاللهِ

“İbadət – oruc və namazın çoxluğundan ibarət deyil, Allahın işlərində daha çox təfəkkür etməkdən ibarətdir.” (“Tuhəful-uqul”, səh.802.)

6. Qohumlara edilən ən üstün yaxşılıq

İmam Rza (ə) buyurmuşdur:

صِلْ رَحِمَكَ وَ لَوْ بِشَرْبَةٍ مِنْ مَاءٍ وَ أَفْضَلُ مَا تُوصَلُ بِهِ الرَّحِمُ كَفُّ الْأَذَى عَنْهَا

“Bir içim su qədər olsa da, qohumlarına yaxşılıq et. Qohumlara edilən ən üstün yaxşılıq onlara əziyyət verməməkdir.” (“Üsuli-kafi”, c.2, səh.151.)

7. Cənnət və Cəhənnəm hal-hazırda mövcuddurmu?

Hərəvi nəql edir ki, İmam Rzadan (ə): يَا بنَ رَسولِ اللّه‏ (ص)، فَأَخبِرني عَنِ الجَنَّةِ وَالنّارِ أهُمَا اليَومَ مَخلوقَتانِ؟ “Ey Peyğəmbər övladı, mənə Cənnət və Cəhənnəmin hal-hazırda yarandığı haqda məlumat verə bilərsinizmi?” – deyə soruşduqda, İmam (ə) buyurdu:

نَعَم، وإنَّ رَسولَ اللّه‏ (ص) قَد دَخَلَ الجَنَّةَ ورَأَى النّارَ لَمّا عُرِجَ بِهِ إلَى السَّماءِ

“Bəli! Peyğəmbəri-Əkrəm (s) səmaya aparıldığı (və “merac”a getdiyi) zaman həm Cənnətə daxil olub, həm də Cəhənnəmi görüb.” (“Sifatuş-şiə”, səh.85, hədis 203.)

8. İmamları tanımayanlar

İmam Rza (ə) məsum imamların qəbrinin ziyarətində belə demişdir:

لسَّلامُ عَلى مَحالِّ مَعرِفَةِ اللّهِ… مَن عَرَفَهُم فَقَد عَرَفَ اللّهَ، ومَن جَهِلَهُم فَقَد جَهِلَ اللّه

“Salam olsun ilahi mərifət məskənlərinə (Allahı tanımağa səbəb olan yerlərə)…! Onları tanıyan Allahı tanımış və onları tanımayan Allahı tanımamışdır.” (“Əl-kafi”, c.4, səh.578, hədis 2.)

Digər “Hədislər ” Xəbərləri

10 nəfər 10 şeyi gözləməsin:

10 nəfər 10 şeyi gözləməsin: 1. Təkəbbürlü adam özü barəsində başqalarından xoş söz və tərif eşitməyi. 2. Hiyləgər və hoqqabaz adam dostunun... Davamı..

Peyğəmbərin (s) ədəbindən idi…

Peyğəmbərin (s) ədəbindən idi… Günlərin birində Peyğəmbər (s) Mədinə məscidinin bir guşəsində tək oturmuşdu. Bu zaman məscidə müsəlmanlardan biri daxil oldu. Məsciddə... Davamı..

Əhli-beytə (ə) məxsus altı xislət və yeddi fəzilət

İmam Səccad (ə) Yezidin məclisində belə buyurmuşdur: أيُّهَا النّاسُ، اُعطينا سِتًّا، وفُضِّلنا بِسَبعٍ: اُعطينَا العِلمَ، والحِلمَ، والسَّماحَةَ، والفَصاحَةَ، والشَّجاعَةَ، والمَحَبَّةَ في قُلوبِ... Davamı..

“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi

1.“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi Büreyd İcli deyir ki, İmam Baqirdən (ə) “rəsul”, “nəbi” və “mühəddəs” haqda soruşduqda, o Həzrət buyurdu: الرَّسولُ... Davamı..

Bəzilərinə bəxş edilən xas nemət

1. Bəzilərinə bəxş edilən xas nemət İmam Cavad (ə): إِنَّ لِلّهِ عِباداً يَخُصُّهُمْ بدوامِ النِّعَمِ، فَلَا تَزالُ فيهِم ما بَذَلوا لَها، فَإذا... Davamı..

“İstiğfarla özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin”

“İmam Kazimdən (ə) soruşurlar: – Mələklər insanın niyyətini necə başa düşür, qəlbindən keçənləri necə qeydə alırlar? İmam (ə) soruşur: – Zibilliyin qoxusu... Davamı..

Xəlvətdə ikən Onu xatırlayırsansa, Gizlində Onunla bir bağlantın varsa, münafiq deyilsən!

Xəlvətdə ikən Onu xatırlayırsansa, Gizlində Onunla bir bağlantın varsa, münafiq deyilsən! Abdullah ibn Sinan deyir: İmam Cəfər Sadiqin (ə) hüzurunda idik. Məclisdə... Davamı..

Günahın odu insanın bütün yaxşı əməllərini yandırır.

İmam Baqir (ə) Rəsulullahın (s) belə buyuruğunu nəql etmişdir: “Allah-taala “Subhanəllah”, “Əlhəmdulillah”, “La ilahə illəllah”, “Əllahu Əkbər” deyən hər kəsin bu zikirlərinin... Davamı..