Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 Fevral 12:51
Şərh Yoxdur
4709

Yoxsulluq zirək adamın ağzını da öz dəlilini demək üçün yumur. Kasıb insan, öz şəhərində də qəribdir

Həzrət Məhəmməd (s) Peyğəmbərimiz buyurub (s): “Yoxsulluq küfrə gedib çıxmağa yaxındır.” [1]

O Həzrət (s) başqa bir yerdə buyurub: “İlahi! Mən, küfrdən və yoxsulluqdan Sənə pənah aparıram.” Bir kişi dedi: “Bu ikisi eynidirmi?” Buyurdu: “Bəli.”[2]

“Əgər Allahımın rəhməti mənim ümmətimin yoxsullarının üstündə olmasaydı, yoxsulluğun küfrə keçməsinə az qalardı.”[3]

“Kasıbçılıq hər iki dünyada üz qaralığıdır (səbəbkarıdır).”[4]

Yoxsulluq öldürülməkdən daha pis və daha ağırdır. [5]

 

Həzrət İmam Əli (ə) buyurub: “Yoxsulluq böyük ölümdür.” [6]

Yoxsulluq zirək adamın ağzını da öz dəlilini demək üçün yumur. Kasıb insan, öz şəhərində də qəribdir.” [7]

İmam Əli (ə) öz övladı Həsənə (ə) buyurub: “Öz gündəlik çörəyi üçün çalı­şanı danlama. Çünki özünü saxlamağa qüdrəti olmayanın xətası çox olar. Övladım! Yoxsul insan həqirdir. Sözünü sayan yoxdur, yeri və mə­qa­mı­nı isə tanıyan. Yoxsula, düzdanışan da olsa yalançı deyərlər. Zahid və tər­kidünya olsa, nadan adlandırarlar. Övladım, yoxsulluğa giriftar olan, dörd xislətə mübtəla olar: Allaha yəqinlikdə süstlük, ağlın azalması, dinində köv­rəklik, üzündə abır-həyanın azlığı. Belə isə Allaha yoxsulluqdan pənah aparıram.”[8]

İmam Əli (ə) övladı Məhəmməd ibn Hənəfiyyəyə buyurub: “Övladım! Mən səninçün yoxsulluq və imkansızlıqdan qorxuram. Onlardan Allaha pənah apar. Çünki yoxsulluq dinin azalmasına, ağlın məyusluğuna, kin və düşmənçiliyə səbəb olar.” [9]

O Həzrət (ə) başqa bir yerdə buyurub: “Yoxsul öz doğulduğu yerdə belə qəribdir.”[10]

 

www.ahliman.info

[1] əl-Kafi, c. 2, səh. 307, hədis 4

[2] Kənzul-Ummal, hədis 16687

[3] Cameul Əxbar, səh. 300, hədis 817

[4] Əvalil lali, c. 1, səh. 40, hədis 41

[5] Cameul Əxbar, səh. 299, hədis 816

[6] Nəhcül-Bəlağə, hikmət 163

[7] Nəhcül-Bəlağə, hikmət 3

[8] Cameul Əxbar, səh. 300, hədis 818

[9] Nəhcül-Bəlağə, hikmət 319.

[10] Nəhcül-Bəlağə, hikmət 56.

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..