Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 Fevral 20:46
Şərh Yoxdur
401

 Həzrət Xədicənin vəfatı ili və günü barədə fərqli fikirlər var.

Lakin daha çox məqbul edilən fikir budur ki, o həzrət Məhəmməd Peyğəmbərin (s) peyğəmbərlik məqamına çatmasından yəni “besət” hadisəsindən 10 il sonra Ramazan ayının 10-da vəfat edib.

Ramazan ayının 10-u həm də Peyğəmbərin (s) həyat yoldaşı, həzrət Xədicənin vəfat edən günüdür. O həzrətin əsas ləqəblərindən bir neçəsi kimi Tahirə və Seyyidət–Qureyş ləqəblərini qeyd etmək olar.

İbni-Hənbəl Müsnəd əsərində (cild-6 səhifə 117-də) Ayişənin dilindən nəql edib ki Peyğəmbər (s) Xədicəni ən əziz zövcəsi və ən yaxşı hesab edirdi.

Xədicə bint Xüvəylid İslam Peyğəmbərilə (s) 25 il birgə yaşayıb və Peyğəmbərdən (s) 6 övlad dünyaya gətirib. Məhəmməd Peyğəmbər (s) Xədicənin (ə) cənnətin dörd xanımından biri olduğunu buyurub. Məhəmməd (s) Peyğəmbər Xədicəyə (ə) olan istəyini həmişə müxtəlif yollarla bəyan edirdi. Xüsusilə, onun islam dini yolunda göstərdiyi fədakarlıqlıqlar islam dünyasında dillər əzbəri olmuşdur. Məhəmməd (s) Peyğəmbər buyurub ki, o, məni elə bir zamanda müdafiə etdi ki, məkkəlilər mənə arxa çevirmişdi.

Həzrəti Xədicənin (ə) “Şibi Əbi-Talib” vadisində digər müsəlmanlarla birgə yaşadıqları çətin anlar tarixdə həkk olunub. Bu zaman müsəlmanlara tətbiq edilən iqtisadi blokada onları həyatın çox acınacaqlı anları ilə üzbə-üz qoyub. Belə nəql edilir ki, o zaman müsəlmanlar, başda həzrət Xədicə (ə) olmaqla Peyğəmbərin ailəsi bir ədəd xurma ilə oruc tutmağa məcbur idilər. Peyğəmbər və onun həyat yoldaşının bu çətin anlarda ixlas niyyətilə tutduğu oruclar hər bir müsəlman üçün əsil örnəkdir.

Bu iqtisadi blokadanın son günlərində Məhəmməd Peyğəmbər əmisi Əbu-Talibi bir neçə ay sonra isə xanımı həzrət Xədicəni itirdi.

İndi həzrət Xədicənin məzarı Məkkə şəhərində Həcun və ya əl-Müəlla qəbirsanlığındadır. Ötən əsrin əvvəlində Məkkə və Mədinədə tarixi binaların və məzarlıqların radikal vəhhabilər tərəfindən sökülməsi zamanı hz Xədicənin olduğu türbə da dağıdılıb.

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..