Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
17 Fevral 20:32
Şərh Yoxdur
536

Son fürsət! Təkcə bir gün qaldı!

Son fürsət!
Təkcə bir gün qaldı!
Şəban ayının son gününün orucunu Ramazan ayının orucuna birləşdirməyin savabı
حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ يَحْيَى الْعَطَّارُ قَالَ حَدَّثَنَا سَعْدُ بْنُ عَبْدِ اللَّهِ عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدِ بْنِ أَبِي نَصْرٍ الْبَزَنْطِيِّ عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ عَنْ مُعَاوِيَةَ بْنِ عَمَّارٍ عَنْ أَبِي عَبْدِ اللَّهِ ع قَالَ: إِنَّ صَوْمَ (یوم) الثَّلَاثِينَ (من شعبان) وَ صَوْمَ إِتْبَاعِهِ (من صوم رمضان) شَهْرَيْنِ مُتَتَابِعَيْنِ (و) تَوْبَةٌ مِنَ اللَّهِ والله.
İmam Sadiq (ə) buyurdu: “Həqiqətən də Şəban ayının otuzuncu gününü oruc tutaraq onu sonrakının (Ramazan ayının) orucu ilə davam etdirmək iki ay oruc tutmağa bərabərdir. And olsun Allaha ki, (belə bir oruc tutmağa müvəffəq olmaq sanki) Allahın (bəndəsinə) qucaq açması və (bəndəsinə sarı) qayıdışıdır.”
QEYD: Bəzən insanlar Şəban ayının orucunu Ramazan ayının orucuna birləşdirmək dedikdə, bunu “vüsal orucu” ilə səhv salır və qatışdırırlar. “Vüsal orucu” haram orucdur və bu işi qəsdən etmək olmaz. “Vüsal orucu” budur ki, insan bu gün oruc olur, axşam iftar etmədən və həmçinin sübh namazından öncə imsak və obşadan yemədən sabahı da oruc tutur. Bu oruc sağlamlığa zərər olduğu üçün qəsdən edilməsi haram və günahdır. Amma Şəban ayının orucunu Ramazan ayının orucuna birləşdirmək dedikdə, məqsəd Şəban ayının son 3 və ya son 1 gününü, yəni Şəban ayının 30-cu gününü oruc tutmaq, axşmaq iftar etmək və sübh çağı Ramazan ayının imsakı üçün qalxmaq. Başqa sözlə, Ramazan ayının niyyət gecəsindən öncəki gündə oruc olmaq. Bu cür birləşdirməyə iki ayın orucunun savabı verilir və bəzi hədislərdə deyilir ki, bir ilin və hətta bir ömürün orucunun savabına bərabərdir.

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..