Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 Yanvar 17:12
Şərh Yoxdur
763

Başqalarını dua etmək…

Başqalarını dua etmək…

“Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox gözəl mənəvi bir halda gördüm. Elə bir halda idi ki, Ərəfatda ondan gözəl mənəvi bir hal görməmişdim. Əlləri səmaya ucalmış, göz yaşları yanaqlarına axır və yerə süzülürdü. Camaat Ərəfatdan qayıtdıqdan sonra mən ona dedim: Ey Əba Məhəmməd, Ərəfatda dayananlar arasında sənin ibadətindən gözəl bir ibadət görmədim?
İbn Cündəb cavab verdi: Ey Əba Həsən! Allaha and olsun ki, müsəlman qardaşlarımdan başqa heç kim üçün dua etmədim. Buna görə ki, mövlam Əbəl-Həsən İmam Musa Kazim (ə) mənə buyurmuşdu:
“Hər kəs müsəlman qardaşının qiyabında (gizlində) onun üçün dua edərsə, Ərşdən nida gələr: “Qardaşların üçün istədiklərinin 100 min bərabəri sənin üçün olsun!”
Mən də istəmirəm ki, qəbul olub-olmayacağını bilmədiyim bir dua üçün 100 min qəbul edilmiş duanı itirim.”
Bu barədə hədisimiz çoxdur. Buna görə də ümid edirəm ki, o, bu hədisləri nəzərə alacaq, məni və ustadlarımı, xüsusi ilə də atamı və babamı xəlvət bir guşədə ibadət edərkən ayada salacaq və məni öz qəbul edilmiş dualarında şərik edəcək…”.

Dastanın mənbəsi:
“Şiənin Hədis İrsi” məcmuəsi, 4-cü dəftər: Xatunabadi, “Mənaqibul-Füzəla”, s. 508-518 (hədis nəqli icazənaməsi).
Hədisin Ərəbcə mətni və mənbəsi:
علی بن ابراهیم عن ابیه: رَأَيْتُ عَبْدَ اللَّهِ بْنَ جُنْدَبٍ فِي الْمَوْقِفِ فَلَمْ أَرَ مَوْقِفاً كَانَ أَحْسَنَ مِنْ مَوْقِفِهِ مَا زَالَ مَادّاً يَدَيْهِ إِلَى السَّمَاءِ وَ دُمُوعُهُ‏ تَسِيلُ‏ عَلَى‏ خَدَّيْهِ‏ حَتَّى‏ تَبْلُغَ الْأَرْضَ فَلَمَّا صَدَرَ النَّاسُ قُلْتُ لَهُ يَا أَبَا مُحَمَّدٍ مَا رَأَيْتُ مَوْقِفاً قَطُّ أَحْسَنَ مِنْ مَوْقِفِكَ قَالَ وَ اللَّهِ مَا دَعَوْتُ إِلَّا لِإِخْوَانِي وَ ذَلِكَ أَنَّ أَبَا الْحَسَنِ مُوسَى ع- أَخْبَرَنِي أَنَّ مَنْ دَعَا لِأَخِيهِ بِظَهْرِ الْغَيْبِ نُودِيَ مِنَ الْعَرْشِ وَ لَكَ مِائَةُ أَلْفِ ضِعْفٍ فَكَرِهْتُ أَنْ أَدَعَ مِائَةَ أَلْفٍ مَضْمُونَةً لِوَاحِدَةٍ لَا أَدْرِي تُسْتَجَابُ أَمْ لَا.
Şeyx Kuleyni, “əl-Kafi”, c.2, s.508, “qardaşlar üçün dua fəsli”, hədis:6; Şeyx Səduq, “əl-Əmali”, s.456, 70-ci məclis, hədis:2; Şeyx Tusi, “Təhzibul-Əhkam”, c.5, s.184, 13-cü fəsl, hədis: 19.

Digər “Mənəviyyat ” Xəbərləri

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..