Dünya başdan-başa ciddiyyətlə doludur və bu aləmin heç bir zamanı və məkanı yersiz və boş deyildir. Və ya yersiz şeylər üçün xəlq olmamışdır.
Yer üzü yersiz işlər üçün xəlq olmasa da, Allah insana ixtiyar vermişdir ki, ciddiyyət ilə yersiz arasında seçim etsin. Ancaq insanların əksər hissəsi ömür sərmayələrini yersiz və boş işlərlə tələf edirlər.
Hədislərin birində deyilir ki, sizin ağzınızdan bir söz çıxmaz, məgər o halda ki, Allah tərəfindən vəzifələndirilmiş mələklər onu qeyd etmək üçün hazır dayanarlar ki, axirətdə onu kəlmə-kəlmə sizə nişan versinlər. Siz də gərək onlara cavab verəsiniz.
İnsanın danışmağı kimi, baxışları da azad deyildir. Biz gərək hər baxışlarımıza görə də cavabdeh olaq.
İnsanın xəyalları çox hərəkətlidir. Çox rahatlıqla bir budaqdan başqasına uça bilir. Xəyal günahı qeyd olunmaz, ancaq əgər bu xəyal əmələ çevrilərsə, o zaman günahı yetişdirmiş olar.
İnsan axirətdə ən kiçik əməlindən belə qaça bilməyəcəkdir. Bu dünyada insan düşməndən, bəladan qaça bilər, ancaq nəfsindən qaçması mümkünsüzdür. Ona görə də bütün ömrü boyu onunla vuruşmalıdır. O insan ki, dünyada ancaq əmmarə nəfsinin ardınca getmişdir, halı necə ola bilər? İnsan bu rəzil nəfsi ilə ancaq bu dünyada mübarizə apa bilər, ona ancaq dünyada qələbə çala bilər.
Ona görə də dünyada bacardığınız qədər nəfsinizin islahı ilə məşğul olun. Çünki ölüm çox dəhşətlidir və qəbrə daxil olanda artıq mübarizə arxada qalacaqdır və sizi ancaq hesab gözləyəcəkdir. Əgər yaxşı əməlləriniz pis əməllərinizə qələbə çalsa, o zaman nicat tapa bilərsiniz.
Əziz Peyğəmbərimiz (s) buyurur: “O kəslərə təəccüb edirəm ki, öz yediklərinə əhəmiyyət verərlər ki, məbada xəstələnərlər. Ancaq günahlarına əhəmiyyət verməzlər və cəhənnəmin yanar atəşindən qorxmazlar”.