Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 Mart 14:55
Şərh Yoxdur
1519

Salman Farsinin bütün ömrə bərabər olan ibadəti

Əbu Bəsir deyir: İmam Sadiqdən (ə) atası və babalarının vasitəsilə cəddi Peyğəmbərdən (s) belə nəql etdiyini eşitdim ki, Peyğəmbər (s) günlərin birində səhabələrinə üzünü tutaraq soruşdu: “İndiyədək sizdən biriniz ömrü boyunca ilin bütün günlərini oruc tutubmu?”
Bu zaman Salman dedi: “Mən ilin bütün günlərini oruc tuturam, ey Allahın Rəsulu (s)!”
Peyğəmbər (s) yenə soruşdu: “İndiyədək sizdən biriniz ilin bütün gecələrini əhya saxlayıbmı?”
Salman cavab verdi ki, mən ilin bütün gecələrini əhya saxlamışam, ey Allahın Rəsulu (ə)!”
Həzrət Peyğəmbər (s) yenə də soruşdu: “İndiyədək sizdən biriniz ilin hər gününü bir Quran xətm edibmi?”
Bu dəfə də Salman dilləndi: “Mən hər gün bir Quran xətm edirəm, ey Allahın Rəsulu (ə)!”
Bu zaman səhabələrdən bəziləri təəccüb və qəzəblə dedilər: “Ey Allahın Rəsulu (s), Salman farslardan biridir, məğrurluq edir və istəyir ki, bu sözləri ilə biz Qüreyşlilərə özünü göstərsin və bununla bizim önümüzdə fəxr etsin.”
“Siz dediniz ki, il boyu kim oruc tutur, o cavab verdi ki, “mən!” Halbuki biz onun ilin çox günlərində yemək yediyini görürük.
Siz dediniz ki, il boyunca bütün gecələri kim əhya saxlayır, yenə də o “mən” deyə cavab verdi. Halbuki biz onun əksər gecələri yatdığını görürük.
Siz soruşdunuz ki, kim hər gün bir Quran xətm edir, yenə də Salman “mən” dedi. Halbuki biz onun günün çox saatlarında bir şey oxuduğunu müşahidə etməmişik və o, çox vaxt sakitdir.”
Peyğəmbər (s) həmin səhabələrə buyurdu: Sakit olun, siz hara, Loğman Həkim hara? Siz Salmandan soruşun, o özü bunu sizə izah etsin.
Həmin səhabələrdən biri üzünü Salmana tutaraq dedi: “Ey Allah bəndəsi! Sən ilin bütün günlərini oruc olduğunu sanırsanmı?”
Salman dedi: “Bəli.”
Kişi dedi: “Amma səni daha çox gündüzlər yeyən görmüşük.”
Salman dedi: “Sən fikirləşdiyin kimi deyil. Mən hər ay 3 gün oruc tuturam və Allah-Taala Quranda buyurur ki,
مَنْ جاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثالِها
“Hər kim bir yaxşı iş görərsə, onun üçün o işin on misli yazılacaq” – (beləliklə, hər ay üçün 3×10 oruc yazılır ki, nəticədə, ilin bütün günlərini oruc tutmuş adam kimi hesab edilir).
Şəban ayını da Ramazana birləşdirirəm ki, buna da bir ömrün qəbul olunmuş orucunun savabı yazılır.”
Həmin səhabə yenə soruşdu: “Ey Allah bəndəsi! Sən ilin bütün gecələrini əhya saxladığını və ibadət etdiyini sanırsanmı?”
Salman dedi: “Bəli.”
Səhabə dedi: “Axı sən gecələr çox vaxt yatırsan (və biz bunu bilirik).”
Salman cavab verdi: “Sən fikirləşdiyin kimi deyil. Mən Allah Rəsulundan (s) eşitdim ki, buyurur: “Hər kəs gecə dəstəmazla və (qüslə səbəb olan işlərdən və digər zahiri nəcasətdən) paklanıb yatarsa, sanki bütün gecəni əhya saxlayaraq ibadət edib” və mən də hər gecə (qüslümü üzərimdən götürüb, dəstəmaz alaraq) təharətlə yatmışam.”
Səhabə yenə soruşdu: “Sən ilin bütün günlərində bir Quran xətm etdiyini sanırsanmı?”
Salman dedi: “Bəli.”
Həmin səhabə dedi: “Axı biz səni günün çox saatlarında Quran oxumayan halda görürük.”
Salman buyurdu: Məsələ sən fikirləşdiyin kimi deyil. Mən Allahın həbibi həzrət Peyğəmbərdən (s) eşitdim ki, Əli ibn Əbi Talibə (ə) belə buyurur:
“Ey Əbəl-Həsən! Sənin misalın ümmətim üçün “Qul hu vəllahu əhəd”in Qurandakı misalıdır. Hər kəs onu (“İxlas” surəsini) bir dəfə oxusa, Quranın üçdən birini, iki dəfə oxusa, Quranın üçdən ikisini və üç dəfə oxusa Quranın hamısını xətm etmiş kimi sayılır. Hər kəs səni sevdiyini dilə gətirsə, imanının üçdən biri kamil olar, hər kəs səni sevdiyini həm dildə desə, həm də qəlbində təsdiqləsə, imanının üçdən ikisi kamil olar və hər kəs səni sevdiyini dildə desə, qəlbdə təsdiq etsə və əməli ilə də sənə yardımçı olsa, onun imanı kamil olar. Ey Əli! And olsun məni peyğəmbərliyə seçənə ki, əgər yer əhli də səni göy əhli kimi sevsəydi, cəhənnəm odu heç kimi yandırmazdı.”
Salman davam etdi: “Mən də hər gün “Qul hu vəllahu əhəd” surəsini üç dəfə oxuyuram.
O səhabə durdu getdi və sanki, bir daş udmuşdu.”

 

www.ahliman.info
(Şeyx Səduq, “Şəban ayının fəzilətləri”, hədis: 25).

Digər “Mənəviyyat ” Xəbərləri

Belə şəxsləri görən zaman bil ki, onlar Cəfəri şiələridir

İmam Əli (ə) buyurub: “Allahın Peyğəmbərinə (s) insanların mənə paxıllıq etmələrindən şikayətləndim. O Həzrət (s) buyurdu: Ey Əli! Cənnətə daxil olacaq ilk... Davamı..

Bu yeddi nəfər bütün peyğəmbərlər tərəfindən lənətlənib

Həzrət Rəsuli-Əkrəm (s) buyurub: Mən yeddi nəfərə lənət etmişəm, Allah da onlara lənət edib və məndən əvvəlki peyğəmbərlər də onlara lənət etmişlər.... Davamı..

İmam Əli (ə): “Özünə hörmət qоyаn kimsənin gözündə nəfsi istəklər dəyərsiz оlаr”

Əmirəl-möminin imam Əli əleyhissalam “nəfsin tərbiyəsi” ilə bağlı buyurmuşdur:   “Cаmааt! Nəfslərinizin tərbiyəsi ilə məşğul оlun və оnu аdətlərinə hərislikdən sахlаyın.” “Nəfslərinizlə... Davamı..

“Hətta bir dini göstərişi qəlbən qəbul etməyən şəxs kafirdir” – Ayətullah Yəzdi

Ayətullah Misbah Yəzdi buyurur: “İmanın nə dərəcədə olduğunu müəyyən etmək üçün insanların əməlinə diqqət yetirmək lazımdır. Ən yüksək iman mərtəbəsinə  çatmaq üçün... Davamı..

Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər

İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi... Davamı..

Ərbəin günü oxumaq istəyənlər üçün Ərbəin ziyarətnaməsi

Ərbəin günündə İmam Hüseynin (ə) məzarını ziyarət etmək və Ərbəin ziyarətnaməsini oxumaq böyük savaba malikdir. Hətta İmam Həsən Əsgəri (ə) Ərbəin ziyarətnaməsini... Davamı..

Böyük insan heç vaxt söyüş söyməz

Həzrət Məhəmməd (s) buyurub: “Elə bir şey olmayıb ki, çirkin sözlər danışmaq (çirkin əməllər görmək) ona eyb gətirməsin. Elə bir şey olmayıb ki,... Davamı..

“Elm varsa iman var” kimi fikirlər həqiqətdən uzaqdır – Ayətullah Yəzdi

Ayətullah Ustad Misbah Yəzdi buyurur: “İman nədir və Allaha iman gətirmək nə deməkdir? İlk əvvəl belə nəzərə çarpır ki, iman “inam” deməkdir... Davamı..