Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 İyun 13:12
Şərh Yoxdur
356

Şəmsuddin Zəhəbi: “Mən kuntu məvlahu” hədisi mütəvatirdir

Şəmsuddin Zəhəbi: “Mən kuntu məvlahu” hədisi mütəvatirdir Əhli-Sünnənin böyük tarix, hədis və rical alimi və İbn Teymiyyənin tanınmış şagirdi və eynizamanda anti-şiə alim olaraq tanınan Şəmsuddin əz-Zəhəbi Məhəmməd bin Əhməd bin Osman bin Qaymaz Türkəmani Zəhəbi (673-748 hq) özünün “Təzkirətul-Hüffaz” (c.2, s.713, Darul-Kutubil-Elmiyyə çapı) adlı əsərində Məhəmməd bin Cərir Təbərinin (224-310 hq) tərcümeyi-halını yazarkən deyir:

ولما بلغه أن ابن أبي داود تكلم في حديث غدير خم عمل كتاب الفضائل وتكلم على تصحيح الحديث قلت: رأيت مجلدا من طرق الحديث لابن جرير فاندهشت له ولكثرة تلك الطرق

İbn Cərir Təbəri agah oldu ki, İbn Əbi Davud Sicistani Qədir-Xum hədisi barədə bəzi sözlər deyib. Buna görə də İmam Əlinin (ə) fəzilətləri barədə kitab yazdı və Qədir-Xum hədisinin sənədinin səhih olduğunu isbat etdi. Mən (Zəhəbi) onun Qədir-Xum hədisinin sənədi barədə yazdığı kitabın bir cildini görmüşəm. Qədi-Xum hədisinin sənədinin çoxluğundan dəhşətə gəldim. Zəhəbi digər kitabı “Siyəru Əəlamun-Nubəla” (c.14, s.277, Muəsisətul-Risalə çapı) kitabında İbn Cəririn tərcümeyi-halında eyni mövzuya toxunaraq yazır: “O, Qədir-Xum hədisinin sənədlərini 4 cilddə topladı. Mən o kitabın (və ya o sənədlərin) bir hissəsini gördüm. Bu hədisin sənədinin çoxluğu məni heyrətə saldı. Yəqin etdim ki, bu hadisə baş verib (və bu hədisi Peyğəmbər deyib). Zəhəbinin bu sözünü İbn Teymiyyə məktəbinin digər iki davamçısı İbn Kəsir Dəməşqi “əl-Bidayə vən-Nihayə” (c.7, s.681, Darul-Hicr çapı) kitabında və Şəhabuddin Alusi “Ruhul-Məani” (c.6, s.195, Daru Ehyaut-Turasul-Ərəbi çapı) təfsirində nəql ediblər. İbn Kəsir və Alusi deyirlər:

قال: وَصَدْرُ الْحَدِیثِ مُتَوَاتِرٌ، أَتَیَقَّنُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَیْهِ وَسَلَّمَ قَالَهُ وَأَمَّا: «اللَّهُمَّ وَالِ مَنْ وَالَاهُ» فَزِیَادَةٌ قَوِیَّةُ الْإِسْنَادِ

Hədisin ilk hissəsi – (Mən kimin mövlasıyam…) – mütəvatirdir (inkaredilməz dərəcədə səhihdir) və yəqin edirəm ki, həqiqətən Peyğəmbər (s) bu sözü deyib. Amma hədisin ikinci hissəsinin (“İlahi onu sevənləri sev…) ki, (əhli-sünnəyə görə) bəzi nəqllərdə əlavədir, isnadı güclüdür.

Digər “Hədislər ” Xəbərləri

Allaha görə sevənlər və düşmənçilik edənlər

İmam Səccad (ə) buyurmuşdur: اِذا جَمَعَ اللّهُ عَزَّ وَ جَلَّ الاَوَّلينَ والاْخِرينَ قامَ مُناد فَنادى يُسْمِعُ النّاسَ… فَيَقُولُ: اَيْنَ الْمُتَحابُّونَ فىِ اللّهِ. فَيَقُومُ... Davamı..

Allah dərgahında ən əziz kəslərin adları

İmam Səccad (ə) buyurur: كانَ رَسولُ اللّهِ (ص) ذاتَ يَومٍ جالِسًا وعِندَهُ عَلِيٌّ وفاطِمَةُ والحَسَنُ والحُسَينُ (ع)، فَقالَ: والَّذي بَعَثَني بِالحَقِّ بَشيرًا،... Davamı..

İki qeyb dövrü

İmam Hüseyn (ə) buyurmuşdur: لِصاحِبِ هذا الْأَمْرِ غَیبَتانِ اِحْداهُما تَطُولُ حَتَّی یقُولَ بَعْضُهُمْ: ماتَ، وَ بَعْضُهُمْ: قُتِلَ وَ بَعْضُهُمْ: ذَهَبَ. وَلا یطَّلِعُ... Davamı..

Həqiqi intizarçıların məqamı

İmam Hüseyn (ə) buyurmuşdur: مِنَّا اثْنَا عَشَرَ مَهْدِيّاً أَوَّلُهُمْ أَمِيرُ الْمُؤْمِنِينَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ وَ آخِرُهُمُ التَّاسِعُ مِنْ وُلْدِي وَ هُوَ... Davamı..

Pak və təmizkar ol

İslam Peyğəmbəri (s) buyurmuşdur: اَفْوَاهُكُم طَرِيقٌ مِن طُرُقِ رَبِّكُم فَأَحَبُّهَا اِلَي اللهِ اَطْيَبُهَا رِيـحًا فَطَيِّبُوهَا بِمَا قَدَرْتُم عَلَيْهِ “Allaha doğru aparan yollardan... Davamı..

İnsanın belini qıran amillər

İmam Baqir (ə) buyurmuşdur: ثَلاثٌ قَاصِمَاتُ الظَّهْرِ؛ رَجُلٌ اسْتَكْثَرَ عَمَلَهُ وَ نَسِيَ ذُنُوبَهُ وَ اَعْجَبَ بِرَأْيِهِ… “Üç şey insanın belini qırar: 1.... Davamı..

Azad insanların ibadəti

İmam Sadiq (ə) buyurmuşdur: العِبَادُ ثَلَاثَةٌ؛ قَوْمٌ عَبَدُوا اللهَ عَزَّ وَ جَلَّ فَتِلْكَ عِبَادَةُ الْعَبِيدِ وَ قَوْمٌ عَبَدُوا اللهَ تَبَارَكَ وَ تَعَاليٰ... Davamı..

Camaatın ən yaxşısı

İmam Sadiq (ə) buyurmuşdur: خَيْرُ النَّاسِ قُضَاةُ الْحَقِّ “İnsanların ən yaxşısı haqq əsasında hökm verənlərdir.”[1] Qısa izah İctimai, əxlaqi və hüquqi məsələlərdə... Davamı..