“Ey Əbdüləzim! Mənim dostlarıma məndən salam çatdır və onlara de ki, şeytana özlərinə qarşı yol verməsinlər. Onlara doğru danışmağı və əmanətə riayət etməyi əmr et. Onlara sükut etməyi, özlərinə aid olmayan məsələlərdə mübahisə və çəkişməni tərk etməyi, bir-birlərinə üz tutmağı və bir-birlərini ziyarət etməyi tövsiyə et. Çünki bunlar məni razı salan və mənə yaxınlaşdıran əməllərdir.
Onlar bir-birlərini parçalamaqla, bir-birlərinə qarşı düşmənçilik etməklə məşğul olmasınlar. Çünki mən özümə and içmişəm ki, kim belə edər və mənim dostlarımdan birini qəzəbləndirərsə, Allahdan onun dünyada ən şiddətli əzaba düçar edilməsini diləyərəm və axirətdə də ziyana uğrayanlardan olar.
Onlara bildir ki, Allah onların yaxşı əməl sahiblərini bağışlamış, pis əməl sahiblərindən də keçmişdir. Lakin Allaha şərik qoşan, mənim dostlarımdan birinə əziyyət edən və ya ona qarşı qəlbində pis niyyət bəsləyən şəxs istisnadır.
Həqiqətən, Allah həmin şəxsi bu əməldən əl çəkənə qədər bağışlamaz. Əgər bundan əl çəkərsə, bağışlanar. Əks halda, iman ruhu onun qəlbindən çıxar, mənim vilayətimdən xaric olar və bizim vilayətimizdən heç bir payı qalmaz. Mən belə bir vəziyyətdən Allaha pənah aparıram.”