Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 İyun 09:05
Şərh Yoxdur
10310

Namazda niyə diqqətimiz dağınıq olur?

Həzrət Peyğəmbər (s) buyurur: “Allah gözümün nurunu namazda qərar vermişdir”. Həzrətin (s) buyurduğundan belə nəticə çıxartmaq olar ki, insan bu mühüm İlahi vacibat vasitəsilə mənəvi nura boyana bilər. Namazı günəşə bənzətmək olar ki, öz nuru ilə varlığımızın səmasını nurani edir və batini məmləkətimizə səfa bəxş edir. Bəli, namaz – müalicəsi olmayan ruhi xəstəliklərin tək dərmanıdır. 

Ancaq çox təəssüf ki, bəziləri üçün namaz insana rahatlıq gətirmək əvəzinə, əksinə – sanki hüzuru və rahatlığı ondan alar. Nəticədə bizi narahat və pərişan edər. Bizim bu narahatlıqlarımızın səbəbi budur ki, biz namaz zamanı aşiqcəsinə və qəlb hüzuru ilə namaz qılmaq istəyirik. Elə bir namaz ki, can halqamızı İlahi məhəbbət dənizinə qovuşduraq və eşqlə dolu ürəklə Allahın qarşısında hazır olaq. Ancaq çox təəssüf ki, diqqətimiz dağılır və istədiyimiz hüzuru əldə edə bilmirik.

Əslində namaz açılmaqda olan qönçədir və əgər gül olmaq istəyirsə, gərək qarşısında olan maneələr aradan qalxsın ki, öz gözəl ətri ilə ruhumuzu oxşasın.

 

Bəs diqqətimizi dağıdan amillər hansılardır?

1. Dünyaya ürək bağlamaq. Namazda diqqətimizin dağılmasına səbəb olan mühüm amillərdən biri – dünyaya bağlı olub, onun əsiri olmaqdır. Biz namaz qılan zaman gərək dünyadan qırılaq və qəlbimizi ancaq Allahın ixtiyarına qoyaq. İmam Sadiq (ə) buyurur:“Namazda olan zaman dünya və onda olanlardan məyus ol və bütün hədəfin, diqqətin Allahda olsun. O günü yada sal ki, İlahi ədalət qarşısında qərar tutarsan”. Dünya oyun-oyuncaqdan başqa bir şey deyildir. Biz gərək ayıq olaq ki, dünya bizi oynatmasın. Naz və işvəsi ilə bizi məşğul etməsin.

2. Günah. Diqqətimizi dağıdan başqa bir amil – günaha batmağımızdır. Günahkar insanın fikri günahı ilə məşğul olar. Halbuki, namaz elə bir şeydir ki, insan diqqətini toplayıb sonra onu qılmalıdır. İnsan adətən o şeyə diqqət edir ki, ona daha yaxındır və onu yaxşı tanıyır. Günah bu yaxınlığı aradan qaldırar və ibadətin ləzzətini aparar. İmam Sadiq (ə) buyurur: “Atam buyurmuşdur: “Heç bir şey günah kimi qəlbi xarab etməz, çünki qəlb davamlı olaraq günaha batır və o yerə qədər ki, günah qəlbə hakim olur. Qəlbi alt-üst edir””. Günahkar insan qəlbinin alt-üst olması nəicəsində İlahi rəhmət dənizindən nəsibsiz qalar və nəticədə ibadətdən ləzzət almaz.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..