Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Dekabr 14:33
Şərh Yoxdur
3502

Nə üçün dini təlimlərdə Allah qorxusu zəruri sayılır?

Sual: Nəzərə alsaq ki, qorxu mənfi bir sifətdir və psixoloqlar onu məzəmmət edib, psixoloji tarazlığın pozulması səbəbi sayır, Quran və rəvayətlərdə Allah qorxusunun mədh olunması sual doğurur. Qorxu prinsipcə bəyənilmiş sifətdirmi ki, Allah və Onun əzabından qorxu da müsbət sayılsın?

Cavab: Qeyd etdik ki, qorxu öz-özlüyündə təbii bir hal olduğundan mənfi və ya müsbət dəyərləndirilmir. Bəyənilən və ya məzəmmət olunan isə qorxu yox, onun müqəddiməsidir. Yəni qorxu yox, qorxunu yaradan müqəddimə araşdırılmalıdır. Qorxunun güclənməsi və davamı onun səbəb və nəticələrindən asılıdır. Bəzən qorxu bəyənilir. İnsan onun həyatını hədələyən təhlükələrdən çəkinməlidir və ehtiyatlı olmalıdır. Qorxub-çəkinmədən istənilən bir təhlükəyə doğru hərəkət bəyənilməyə də bilər. Macəra axtaran, özünü oda-suya atan, istənilən bir təhlükəyə qucaq açan insanlar yetərincə sağlam və ağıllı sayılmır. Əgər qorxunun  səbəb və nəticəsi müsbətdirsə, bu qorxunu gücləndirmək mədh olunur. Heç şübhəsiz, Allah qorxusu müsbət nəticələr verdiyi üçün zəruri sayılmışdır.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..