Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Yanvar 10:52
Şərh Yoxdur
3024

Mən sənin Peyğəmbərə (s) göndərdiyin salavatdan xəlq olundum

Əbu Bəkr Şibli nəql edir: “Mənim bir qonşum var idi, vəfat etdikdən sonra onu yuxuda gördüm. Soruşdum: “Allah-taala səninlə necə rəftar etdi?”
Dedi: “Ey Şeyx! Böyük dəhşətlər gördüm, çoxlu əziyyətlər çəkdim. O cümlədən, “Münkir” və “Nəkir”in sualları zamanı dilim işdən düşdü. Özözümə deyirdim: “Vay, bu əzab və bəla mənə haradan yetişdi? Axı mən müsəlman idim və İslam dinində öldüm.” O iki mələk qəzəblə məndən cavab tələb etdi. Qəflətən gözəl saçlı və xoş iyli bir şəxs gəldi, mənimlə onlar arasında hayil (pərdə) oldu və mənə (cavabları) öyrətdi. Mən də onların suallarına düzgün şəkildə cavab verdim. O (misali) şəxsdən soruşdum: “Sən kimsən? – Allah sənə rəhm eləsin! – Məni qüssədən xilas etdin!”
Dedi: “Mən sənin Peyğəmbərə (s) göndərdiyin salavatdan xəlq olundum və çarəsiz qaldığın hər zaman və hər yerdə sənin fəryadına
yetmək üçün vəzifələndirilmişəm!””

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

 Həzrət Xədicənin vəfatı ili və günü barədə fərqli fikirlər var.

Lakin daha çox məqbul edilən fikir budur ki, o həzrət Məhəmməd Peyğəmbərin (s) peyğəmbərlik məqamına çatmasından yəni “besət” hadisəsindən 10 il sonra... Davamı..

Mübarək Ramazan ayının birinci gecəsinin əməlləri və duaları

Mübarək Ramazan ayının birinci gecəsinə məxsus əməllər və dualar aşağıdakılardan ibarətdir: 1. Ayın çıxmasını izləmək və gözləmək; 2. Ayı gördükdə üzü qibləyə dayanıb əlləri... Davamı..

Son fürsət! Təkcə bir gün qaldı!

Son fürsət! Təkcə bir gün qaldı! Şəban ayının son gününün orucunu Ramazan ayının orucuna birləşdirməyin savabı حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ يَحْيَى... Davamı..

Şəban ayının son gününün orucunu Ramazan ayının orucuna birləşdirməyin savabı

Şəban ayının son gününün orucunu Ramazan ayının orucuna birləşdirməyin savabı حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ يَحْيَى الْعَطَّارُ قَالَ حَدَّثَنَا سَعْدُ بْنُ عَبْدِ... Davamı..

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..