Məhərrəm ayı astanasında İmam Hüseyn (ə) hərəmi qara parçalarla örtülür.
İraqın Kərbəla şəhərində İmam Hüseyn (ə) ziyarətgahında Məhərrəm ayının gəlişi münasibəti ilə hazırlıq işləri görülür. Hərəmin bütün divarları və həyəti qara parçalarla örtülüb. Xarici ölkələrdən ziyarətə gələnlərin sayının çoxluğunu nəzərə alan Ziyarətgah kompleksinin rəhbərliyi gücləndirilmiş iş rejiminə keçib.
Kərbəla şəhər təhlükəsizlik idarəsi şəhərin və ziyarətgahın tamamilə təhlükəsiz halda olduğunu, ziyarətçilərin rahat şəkildə ziyarətə gəlməsi üçün bütün mövcud imkanların yaradıldığını bildirib. //SalamNews