Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala səmanı xəlq etməzdən əvvəl yeddi mələk yaradır. Ondan sonra səmanı xəlq edir və hər birini səmanın gözətçisi qərar verir.
Yerdəki mələklər xəlqin əməllərini yazarlar və onlar səhərdən axşama qədər bəndələrin etdiyi əməlləri yazıb, səmaya göndərərlər.
Birinci səmada olangözətçi mələk (həmin əməli görən zaman) deyər: “Bu itaəti aparın və üzərinə möhür vurun ki, mən qeybət əhlinin gözətçisiyəm. Allah Təala mənə buyurmuşdur ki, hər kim qeybət edər, qoyma ki, əməli səndən keçsin”.
O əməl ki, qeybət əhlindən edilməmişdir, ikinci səmaya çatan zaman onun gözətçisi deyər: “Aparın və onun üzərinə möhür vurun ki, bunu dünya üçün etmişdir və məclisdəki insanlara (onunla) fəxr etmişdir. Mənə buyurublar ki, onun əməlini qadağan edəm”.
Sədəqə verənin, namaz qılanın, oruc tutanın əməli üçüncü səmaya çatanda gözətçi deyər: “Mən təkəbbür üçün vəzifələndirilmişəm və təkəbbürün əməlini qadağan edirəm”.
Əməl dördüncü səmaya çatanda gözətçi deyər: “Mən şöhrətpərəstlik üçün vəzifələndirilmişəm, əgər əməlində şöhrətpəsərstlik olarsa, qoymaram ki, məndən keçsin”.
Beşinci səmada olan gözətçi deyər: “Bu əməlin üzərinə möhür vurun və onun boynundan asın ki, mən həsəd üçün vəzifələndirilmişəm. Hər kim elm və əməldə dərəcəyə çatmışdır, ona həsəd aparmışdır”.
Altıncı səmadakı mələk deyər: “Bu əməli aparın və üzərinə möhür vurun ki, bəla və əziyyət çəkmiş heç kəsə rəhm etməmişdir, əslində şadlanmışdır. Mən rəhmət mələyiyəm və mənə buyurublar ki, rəhimsiz əməli qadağan edəm”.
Yeddinci səmadakı mələk deyər: “Bu əməlin üzərinə möhür vurun ki, o, bu əməldə Allahı istəməmişdir, əslində məqsədi alimlərin yanındakı məiyyəti olmuşdur ki, hər nə belə olarsa, riyadır və Allah Təala riya edənin əməlini qəbul etməz”. (Erfan/Deyerler)