Bir gün Allahın Rəsulu (s) gördü ki, küçədə bir neçə uşaq oyun oynayır. Ancaq bir uşaq kənarda dayanıb, onlara tamaşa edirdi. Besətdən əvvəl ərəblər yetimləri çox təhqir edir və onları alçaldırdılar. Peyğəmbərin (s) özü də yetim idi. O, peyğəmbərliyə məbus olandan sonra insanların bəzisi, hətta əmisi Əbu Ləhəb və Əbu Cəhl deyirdi: “İşimiz elə bir yerə gəlib çatıb ki, gərək yetimin əmrini yerinə yetirək. Məgər o, kimdir?”.
Həzrət Peyğəmbər (s) bu səhnəni görən zaman irəli gəlib buyurdu: “Oğlum, niyə oynamırsan?”. Dedi: “Yol vermirlər”.
– Niyə?
– Ona görə ki, mən yetiməm. (Bu sözlərdən görmək olur ki, həmin şeytani yanaşma hələ də ərəblərin arasında qalmışdı).
– Oğlum, kimsən?
– Atam Rəfayi ənsardır.
– Anan haradadır?
– Ərə gedib və məni qoyub gedib.
Həzrət Peyğəmbər (s) onu qucaqladı və Fatimənin (s.ə) evinə apardı.
– Fatimə can! Bu, sənin qardaşındır. Onu yu və saçlarını dara. Ona yeni paltar geyindir ki, özümlə aparım.
Sonra həmin uşağı başqa uşaqların yanına apardı və onların hamısını çağırıb buyurdu: “Sizlərdən kim deyib ki, bu uşaq yetimdir?” Bir-iki uşaq dedi: “Biz bu sözü demişik”.
– Ancaq onun atası vardır.
– Atası haradadır?
– Atası mənəm.
Uşaqlar eşidəndə ki, Peyğəmbər (s) onun atasıdır, uşağı da götürüb oyun oynamağa apardılar.(Erfan/Deyerler)
Quran insanlara əmr edir ki, heç kimə zülm etməsinlər. Xüsusilə də yetimə və onun malına. Bu məsələ bütün əsrlərə və nəsillərə aiddir.