Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Avqust 12:26
2 Şərh
7843

Həzrət Musanın (ə) elçiliyi necə olmuşdur?

Qurani-Kərimdə Həzrət Şuəybin (ə) qızlarının iffətli və pak ətəkli olmasını təsdiq edən ayələr mövcuddur. Bu ayələr həmin xanımların gözəl əxlaqından və iffətə riayət etməklərindən bəhs edir.

 

O zaman ki, Həzrət Musa (ə) Mədayinə qaçır, bu iki xanımı bulaq başında gözləyən zaman görür. Onlara yardım edib, heyvanları üçün su daşımalarına kömək edir. Onun bu rəftarı həm xanımların və həm də onların atası olan Şuəybin (ə) xoşuna gəlir.

 

Şuəyb (ə) Musanı (ə) görmək istəyir və qızlarından biri dilə gəlib deyir ki, onu özünə xidmətçi götür, çünki həm güclüdür, həm də etimad ediləsidir. Şuəyb (ə) də Musa (ə) ilə müqavilə bağlayır. Ona deyir ki, qızlarımdan birini sənə ərə verəcəyəm. Ancaq şərtim vardır. Budur ki, mənə səkkiz il xidmət edəcəksən və əgər on il tamam olarsa, səninlə işim olmayacaqdır. Musa (ə) da bu təklifi qəbul edir.

 

Bəs Musa (ə) bu cür evliliyi nə səbəbdən qəbul edir?

 

– Şuəybin (ə) qızları kişi ilə qadın arasında olan məhrəm-naməhrəm mövzularına diqqət edir və iffətlərini qoruyurdular.

– O zaman ki, qızlardan biri onu tərifləyir, Şuəyb (ə) də onu ərə getməyə uyğun görür.

– Musa (ə) o qızların həya və nəcabətini müşahidə etdikdən sonra, atalarının təklifinə müsbət cavab verir. (Tebyan/Deyerler)

 

Buradan bir daha bəlli olur ki, bir kişi evlənən zaman onun ən çox diqqət etməli olduğu mövzu – gələcək xanımının həyalı və nəcabətli olmasıdır.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..