Həzrət Məhəmməd (s) peyğəmbərimiz buyurmuşdur:
“Yoxsulluq mənim fəxrimdir və onunla iftixar edirəm.” [1]
“Yoxsullar Allahın dostlarıdır.“[2]
“İlahi! Məni möhtac saxla, möhtac öldür və möhtacların sırasında qəbirdən qaldır.” [3]
Həzrət İmam Əli (ə) buyurub: “Yoxsulluq möminə atın üzündəki bəzəkdən daha çox yaraşandır.” [4]
Həzrət İmam Sadiq (ə) buyurub: “Müsibətlər Allah tərəfindən olan hədiyyələrdir və yoxsulluq Allahın xəzinəsində saxlanılır, və onu hər kəsə vermir.” [5]
[1] Biharul-Ənvar, c. 72, səh. 55, hədis 85
[2] əl-Firdous, c. 3, səh. 157, hədis 4424
[3] Kənzul-Ummal , hədis 16669
[4] əl-Kafi, c. 2, səh. 265, hədis 22
[5] əl-Kafi, c. 2, səh. 260, hədis 2