Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
28 İyun 20:35
Şərh Yoxdur
2098

Həzrət İsanın (ə) ölülərlə söhbətindəki ibrət

İmam Sadiq (ə) nəql edir: “İsa ibn Məryəm (ə) tərəfdaşları ilə birlikdə bir şəhərdən keçirdi ki, küçə və evlərdə olan insanların hamısı ölmüşdülər.

Həzrət (ə) buyurur: “Bunlar İlahi əzaba düçar olublar, əgər təbii ölümlə ölsəydilər, dəfn olunardılar”.

Tərəfdaşları deyir: “Onların dastanını bilmək istəyirik”.

Allah İsaya (ə) vəhy edir: “Ölülərlə söhbət et”.

İsa (ə) fəryad çəkir: “Ey şəhər əhli!”.

Ölənlərdən biri “Ləbbeyk!” deyir. İsa (ə) ondan macəranı soruşur.

Deyir: “Xoşluqda yaşadıq və bədbəxtliyə haviyəyə düçar olduq”.

İsa (ə) soruşur: “Haviyə nədir?”.

Deyir: “Atəş dənizidir ki, orada əzab dağları qərar tutur”.

Buyurur: “Bəs niyə ora giriftar oldunuz?”.

Deyir: “İki günaha görə. Tağuta bəndəlik etdiyimizə və dünya sevgisinə görə”.

Buyurur: “Dünya sevgisi haraya qədər?”.

Deyir: “Anasına eşq bəsləyən uşaq kimi. Dünya bizə üz çevirəndə sevinirdik, bizdən üz döndərəndə qəmgin olurduq”.

Buyurur: “Bəs tağuta necə boyun əyirdiniz?”.

Deyir: “Bütün əmr və göstərişlərini eşidirdik”.

Buyurur: “Bəs sən mənə necə cavab verdin?”.

Deyir: “Qalan şəhər əhlinin ağzı atəşli bəndlə bağlanmışdır və mələklər onlara nəzarət edir. Mən də onların arasında idim, ancaq əməlimlə onlarla deyildim. O zaman ki, əzab gəldi, məni də bürüdü. İndi tükdən yapışmışam və qorxuram ki, atəşdə qərar tutaram”. (Həvzəh/Deyerler)

Allah Təala bizləri aqibəti xeyir olanlardan qərar versin, inşəallah.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..