Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
6 Mart 12:51
Şərh Yoxdur
3603

Teyyul-ərz nə deməkdir? Necə baş verir?

Teyyul-ərz qeyri-adi bir əməldir ki, onun sayəsində insan istədiyi məkandan başqa bir məkana qısa bir zaman ərzində seyr edə bilir. Əgər Məsumların (ə) həyatına nəzər salsaq, buna çox sayda nümunə gətirə bilərik.

Teyyul-ərzlə bağlı alimlər müxtəlif nəzərlər təqdim ediblər. Bu nəzərlərdən biri Məhyəddin ibni Ərəbi tərəfindən verilmişdir. Bu nəzərə görə, insan özünü olmadığı məkandan nəzərdə tutduğu və istədiyi məkana apara bilir. Başqa nəzərə görə bədənin sürətli yerdəyişməsidir ki, insanın qüdrətli ruhundan hasil olar.

Bu iki nəzəriyyə görə hər bir insan teyyul-ərzə malik ola bilməz. Bu iş ancaq İlahi övliyalar üçün mümkünlüdür.

Quranda teyyul-ərzə bariz nümunə Asəf ibni Bərxiyadır. “Kitabdan (Lövhi-Məhfuzdan, ya səmavi kitablardan) bir qədər elmi olan birisi dedi: «Mən onu sən göz qırpmadan öncə və ya sənin bir şeyə baxışın həmin şeyin surətini beyinə ötürməmişdən öncə, sənin yanına gətirərəm». Beləliklə, elə ki, onu öz yanında hazır durmuş gördü”. (“Nəml” 40).

İbni Ərəbi bu hadisəni belə izah edir: “Asəf ibni Bərxiya Allahın qüdrəti ilə Səba mələikəsinin taxtını zaman və maddi məkanın dəxaləti olmadan Süleymanın (ə) yanına gətirə bilmişdi. Çünki əgər hərəkət və zamanla bağlı olsaydı, bu qədər qısa zamanda o qədər məsafəni qət etməsi mümkünsüz olardı. Ona görə də deyə bilərik ki, Allahın bu hökmünə əsasən ki, buyurur: “Məgər Biz (varlıq aləminin) ilk yaradılış(ın)da aciz qalmışıq (ki, onların yenidən qaytarılmalarında da aciz qalaq)?!”. (“Qaf” 15). Bilqeysin taxtını gətirə bilmişdi”.

Əllamə Təbatəbai buyurur: “Teyyul-ərzin həqiqəti torpağın yol gedənin ayaqları altında bükülməsidir”. (Tebyan/Deyerler)

Əgər hədislərə nəzər salsaq görürük ki, Asəf barəsində Məsum İmamlarımız (ə) belə buyurmuşdur: “Asəf ibni Bərxiya Allahın əzim adının bir hərfini bilirdi. Onu oxuyan zaman yer yarılmışdı və o da Səbadan Bilqeysin taxtını götürüb, Süleymanın (ə) yanında hazır olmuşdu. Sonra torpaq bir göz qırpımında əvvəlki halına qayıtmışdı. Bu əzim ad 73 hərfdən ibarətdir ki, onun 72-si Məsum İmamların (ə) yanında mövcuddur. Onun bir hərfi isə Allahın yanında qalmaqdadır ki, heç kəs ondan agah deyildir”.

Beləliklə deyə bilərik ki, teyyul-ərz qeyri-adi bir əməldir ki, İlahi övliyalara və peyğəmbərlərə (ə) aid edilir. Ancaq onlar Allahın izni ilə bu əməli yerinə yetirə bilirlər. Zaman və məkanın təsiri olmadan istədikləri məkana seyr edə bilirlər.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

 Həzrət Xədicənin vəfatı ili və günü barədə fərqli fikirlər var.

Lakin daha çox məqbul edilən fikir budur ki, o həzrət Məhəmməd Peyğəmbərin (s) peyğəmbərlik məqamına çatmasından yəni “besət” hadisəsindən 10 il sonra... Davamı..

Mübarək Ramazan ayının birinci gecəsinin əməlləri və duaları

Mübarək Ramazan ayının birinci gecəsinə məxsus əməllər və dualar aşağıdakılardan ibarətdir: 1. Ayın çıxmasını izləmək və gözləmək; 2. Ayı gördükdə üzü qibləyə dayanıb əlləri... Davamı..

Son fürsət! Təkcə bir gün qaldı!

Son fürsət! Təkcə bir gün qaldı! Şəban ayının son gününün orucunu Ramazan ayının orucuna birləşdirməyin savabı حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ يَحْيَى... Davamı..

Şəban ayının son gününün orucunu Ramazan ayının orucuna birləşdirməyin savabı

Şəban ayının son gününün orucunu Ramazan ayının orucuna birləşdirməyin savabı حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ يَحْيَى الْعَطَّارُ قَالَ حَدَّثَنَا سَعْدُ بْنُ عَبْدِ... Davamı..

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..