İmam Həsən Əsgərinin (ə) kənizlərindən olan Nəsim adlı bir qadın deyir:
“Həzrət Mehdi (ə.f) anadan olandan sonra bir gün o həzrətin yanına getdim. Həzrətin yanında asqırarkən O, üzünü mənə tutub, buyurdu:
Yərhəmukillah! (Allah sənə rəhm etsin!). (Kişi olarsa Yərhəmukullah deyilir-red). Bu duanı asqıran şəxsə demək yaxşıdır.”
Mən çox xoşhal oldum. Həzrət (ə) buyurdu:
“Asqırmaq barəsində sənə müjdə verməyimi istəyərsənmi?
–Bəli-deyə cavab verdim.
O həzrət buyurdu:
“Asqırmaq, ölümdən üç gün amanda qalmaq nişanəsidir”“.