Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
12 Fevral 17:17
Şərh Yoxdur
2640

Bu 2 xəzinəyə malik olanın həyatı təsəvvüredilməz dərəcədə gözəl olar

Məsumların (ə) kəlamında iki dəyərli xəzinənin adı çəkilmişdir ki, hər kim onlara malik olarsa, gözəl həyatı olar və bundan üstününü təsəvvür belə edə bilməz.

İmam Həsən Əsgəri (ə) buyurur: “İki sifət və hal vardır ki, o iki şeydən üstünü yoxdur. İbarətdir: İman və Allaha etiqad bəsləmək və dost və tanışlara fayda vermək”.

İman, bütün dil və qəlb etiqadının və inancının təsdiqi və şahididir. Bütün bədən üzvləri bu həqiqəti etiraf edər. İnsanın nəfsindən tamamilə xilas olmasının yolu – imandadır. İnsanın etiqadı bütün bədən üzvlərinə: gözünə, qulağına, qəlbinə sirayət edər və iman vadisinə çatdırar. Biz Allahı sözlərdə də tanıya bilərik. Ancaq əgər bu iman bizim bədən üzvlərimizə nüfuz etməzsə, onu tez bir zamanda əldən vermiş olarıq.

İman dedikdə, yəni göz o şeyi görər ki, Allah istəyir. Qulaq o şeyləri eşidir ki, Allah bəyənir. Dil o şeyləri deyir ki, Allah onu deməsini istəyir. Ürək Allah üçün döyünər. Əgər bütün bədən üzvlərim ancaq Allah üçün çalışarsa, o zaman etiqadım kamil olar. (Tebyan/Deyerler)

Bəs iman insana nələri verir?

 

1. Əsəblərin və ruhun sakitliyini. Tibb elmi isbat etmişdir ki, ruhi xəsətliklərin bir çoxu imansızlıqdan və əqidə büdrəməsindən meydana gələr. Belə ki, əgər insan özü üçün pənah yeri tapmazsa, hər bir xırda məsələdə pərişan olar. Ancaq o kəs ki, Allaha inanır və etiqad bəsləyir – həyatın hər bir çətinliyi qarşısında mətanət göstərir və Allahdan yardım istəyir. Öz əsəblərini və ruhunu qoruyur. Pərişanlıqdan amanda qalır.

 

2. Bəlalara səbir edir. Allaha iman elə bir qüvvədir ki, insanı hər bir tufan qarşısında müqavimətli və mətanətli edir. “Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcədə də öz malını, çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir”. (“Bəqərə” 177).

 

3. Ümidə malik olar. Mömin ancaq Allaha ürək bağlayar. Ürəyi Onu yada salmaqla rahatlıq tapar. Çətinliklər hər nə qədər mühüm olsa da, onun ümidini əlindən ala bilmir. O, bu çətinlikləri kiçik hesab edir.

 

4. İnsanlara xidmət etmək. Xəzinələrdən biri də insanlara xidmət etmək və onlara fayda verməkdir. Qardaşlıq əhdinin bir mömin üçün gətirdiyi öhdəçiliklərdən biri də onun ehtiyaclarını aradan qaldırmaq üçün səy göstərmək və ona fayda verən işlərlə məşğul olmaqdır. Xəlqə xidmət etmək – əslində Xaliqə xidmət etməkdir. Çünki insanlar Allahın əyalıdırlar.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir müsəlmana lazımdır ki, hər gün yaxşı əməl yerinə yetirsin”. Soruşurlar ki, yaxşı iş nədir? Cavab verir: “Ümumi müsəlmanların yolundakı maneələri və mane olan əşyaları aradan qaldırmaqdır. Sizin bu əməliniz sədəqədir və yaxşı əməl hesab olunur”.

Ona görə də ixlasla yerinə yetirilən heç bir xidməti kiçik hesab etmək olmaz. Hətta sevgi dolu baxışlar olsa belə. Ona görədir ki, İmam Səccad (ə) buyurur: “Möminin dostluq və məhəbbət səbəbindən mömin qardaşının simasına baxışı – ibadətdir”.

İmam Əli (ə) buyurur: “İnsanların ehtyacını aradan qaldırmaq qalıcı deyildir, məgər üç halda: xidməti kiçik hesab etmək ki, Allah onu böyük hesab etsin. Onu gizli saxlamaq ki, Allah onu aşkar etsin. Ehtiyacını aradan qaldırmağa əcələ etmək ki, möhtac üçün ləzzətli olsun”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..