Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
7 İyun 11:55
Şərh Yoxdur
341

Bağışlamağın ləzzəti

Həzrət Əli (ə) buyurmuşdur:

إِذَا قَدَرْتَ عَليٰ عَدُوِّكَ فَاجْعَلِ الْعَفْوَ عَنْهُ شُكْرًا لِلْقُدْرَةِ عَلَيْهِ

“Öz düşməninə qələbə çaldıqda, bağışlamağı bu qələbənin şükrü təyin et.”[1]

Qısa izah

İslam məntiqi nəzərində, istisnasız olaraq hər bir nemət və bəxşişin zəkatı şükr olduğu kimi, qüdrət və qələbənin də zəkat və şükrü bağışlamaq və əfv etməkdir.

Zahiri qələbələr ədavət və düşmənçiliyin düşmənin qəlbindən silinməsi və müxalifətçiliklərin kökünün kəsilməsi ilə daha da davamlı olacaq və bu məsələ bağışlamaq və əfvdən başqa, digər bir yolla əldə olunası deyil. Nəticədə, düşmən qəlbən dəyişəcək və sənin dünənki düşmənin bugünkü dostuna çevriləcək, beləliklə, qələbə zahir və batin baxımından təkmilləşəcəkdir.

Əksinə, qüdrət əldə etdikləri zaman intiqam almaq hissi ilə yaşayan kəslər öz insanlıq fəzilətindən məhrum olmaqla yanaşı, sahib olduqları qələbəni də təhlükəyə atacaqlar.

. İslam Peyğəmbəri (s) qeyd edilənlərin tam və kamil nümunəsidir. O həzrət Məkkəni fəth və düşməni məğlub etdiyi zaman misligörünməmiş əfv və bağışlamaq fenomeni nümayiş etdirərək digər insanları heyrətə salmışdır.

[1] “Nəhcül-bəlağə”; “Biharul-ənvar”, c. 68, səh. 427.

Digər “Hədislər ” Xəbərləri

Camaatın ən yaxşısı

İmam Sadiq (ə) buyurmuşdur: خَيْرُ النَّاسِ قُضَاةُ الْحَقِّ “İnsanların ən yaxşısı haqq əsasında hökm verənlərdir.”[1] Qısa izah İctimai, əxlaqi və hüquqi məsələlərdə... Davamı..

İmam Kazim (ə) dan 7 hədis

1-Din qardaşının işini həll etməyənin aqibəti İmam Kazim (ə) buyurmuşdur: مَن قَصَدَ الَیهِ رَجُلُ مِن إخوانهِ مُستَجیراً بهِ فی بَعضِ اَحواِلهِ، فَلَم... Davamı..

HƏZRƏT ƏLİ (ə) İLK MÜSƏLMANDIR

HƏZRƏT ƏLİ (ə) İLK MÜSƏLMANDIR قَالَ النَّبِيُّ صَلَّىٰ اللهُ عَلَيْهِ وَآلِهِ: يَا عَلِيُّ! أَنْتَ أَوَّلُ الْمُسْلِمينَ إِسْلاَماً، وَأَنْتَ أَوَّلُ الْمُؤْمِنِينَ إِيـمَاناً، وَأَنْتَ مِنِّي... Davamı..

Şəmsuddin Zəhəbi: “Mən kuntu məvlahu” hədisi mütəvatirdir

Şəmsuddin Zəhəbi: “Mən kuntu məvlahu” hədisi mütəvatirdir Əhli-Sünnənin böyük tarix, hədis və rical alimi və İbn Teymiyyənin tanınmış şagirdi və eynizamanda anti-şiə... Davamı..

Həqiqi mənada zahidlik

Həzrət Əli (ə) buyurmuşdur: الزَّاهِدُ فِي الدُّنْيَا مَنْ لَمْ يَغْلِبِ الْحَرَامُ صَبْرَهُ وَ لَمْ يَشْغَلِ الْحَلَالُ شُكْرَهُ “Dünyada həqiqi zahid o kəsdir... Davamı..

Danışmaq və sükut

Həzrət Əli (ə) buyurmuşdur: لَا خَيْرَ فِي الصَّمْتِ عَنِ الْحُكْمِ كَمَا أَنَّهُ لَا خَيْرَ فِي الْقَوْلِ بِالْجَهْلِ “Alimin sükutu, cahilin isə danışığı... Davamı..

Nəsihət

Həzrət Əli (ə) buyurmuşdur: إِتَّعِظُوا بِمَنْ كَانَ قَبْلَكُم قَبْلَ أَنْ يَتَّعِظَ بِكُم مَن بَعْدَكُم “Gələcək nəsil sizin həyat və sərgüzəştinizdən ibrət və... Davamı..

Riyakarların əlamətləri

İmam Sadiq (ə) buyurmuşdur: قَالَ لُقْمَانُ لِإِبْنِهِ: لِلْمُنَافِقُ ثَلَاثُ عَلَامَاتٍ؛ يُخَالِفُ لِسَانُهُ قَلْبَهُ وَ قَلْبُهُ فِعْلَهُ وَ عَلَانِيَّتُهُ سَرِيرَتَهُ “Loğman öz oğluna... Davamı..