Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
29 Mart 15:28
Şərh Yoxdur
1506

Ayətullah Yəzdi: “Başqalarına təqliddə məqsəd doğru yol və sağlam həyat tərzinin təmini olmalıdır”

Ayətullah Misbah Yəzdi buyurur: İnsanın düşüncəsi, dərketmə qüvvəsi olduğundan hər hansı etiqada təqliddə həqiqəti kəşf etməlidir. Əgər insanın müəyyən nəzəri məsələni dərk etməyə gücü yoxsa, uyğun sahədə mütəxəssisə təqlid edə bilər. Nəzəri baxımından başqalarına təqliddə məqsəd doğru yol və sağlam həyat tərzinin təmini olmalıdır. Həqiqətə çatmaq əzmində olan insan baxışlarında heç bir yanlışlıq olmayan kəsə təqlid etməlidir. Başqa sözlə, ideal bir şəxs nümunə götürülməlidir. Əlbəttə ki, cüzi nöqsanları da nəzərə almamaq olar. Əgər bir həkim arabir səhvə yol verirsə, ondan birdəfəlik üz çevirmək olmaz.

Amma bəziləri həqiqətə çatmaq yox, tamamilə puç məqsədlərlə başqalarının baxışlarına tabe olurlar. Belələri ilk addımda müvəffəqiyyət qazansalar belə, məqsədləri düzgün olmadığından sonda uğursuzluqla rastlaşırlar. Layiq olmayan kəslərə təqlid insanı doğru yoldan azdırır, nəticədə bədbəxtlik baş verir. Bəziləri də həqiqəti kəşf etmək məqsədində olsalar belə, ideal seçimində yanılırlar. Məsələn, başı ağrıyan bir şəxs bəzən həkim əvəzinə özü kimi başqa bir xəstənin göstərişlərinə əməl edir. Nəticədə nəinki xəstəlik aradan qalxmır, hətta bir az da şiddətlənir. Hansı ki, addım atmazdan öncə yaxşı araşdırmalıdır. Tibbi baxımından məsləhət verən şəxs ixtisas sahibi olmalı və onun mütəxəssisliyi başqa mütəxəssislər tərəfindən təsdiqlənməlidir.

Düşüncəli insanlar hətta adi həyati məsələlərdə ideal seçiminə ciddi diqqət yetirirlər. Onlar mütəxəssisliyi, ləyaqəti nəzərə alırlar. Məsələn bir həkimə müraciət etmək istədikdə öncə araşdırma aparır, həmin şəxsin mütəxəssislik dərəcəsini müəyyənləşdirməyə çalışırlar. Yalnız əmin olduqdan sonra ona müraciət edirlər. Eləcə də düşüncəli insanlar dini məsələlərdə təqlid etmək istədikdə istənilən bir ünvana  üz tutmur, fiqhi bilikləri başqalarından üstün olanı seçirlər. Onlar məqsədə çatmaq üçün yetərincə araşdırma aparır, daha elmli fəqihi müəyyənləşdirdikdən sonra arxayınlıqla təqlid edirlər. Əlbəttə ki, müctəhidlik iddiasında olan hər adama təqlid etmək yalnış addımdır.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

 Həzrət Xədicənin vəfatı ili və günü barədə fərqli fikirlər var.

Lakin daha çox məqbul edilən fikir budur ki, o həzrət Məhəmməd Peyğəmbərin (s) peyğəmbərlik məqamına çatmasından yəni “besət” hadisəsindən 10 il sonra... Davamı..

Mübarək Ramazan ayının birinci gecəsinin əməlləri və duaları

Mübarək Ramazan ayının birinci gecəsinə məxsus əməllər və dualar aşağıdakılardan ibarətdir: 1. Ayın çıxmasını izləmək və gözləmək; 2. Ayı gördükdə üzü qibləyə dayanıb əlləri... Davamı..

Son fürsət! Təkcə bir gün qaldı!

Son fürsət! Təkcə bir gün qaldı! Şəban ayının son gününün orucunu Ramazan ayının orucuna birləşdirməyin savabı حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ يَحْيَى... Davamı..

Şəban ayının son gününün orucunu Ramazan ayının orucuna birləşdirməyin savabı

Şəban ayının son gününün orucunu Ramazan ayının orucuna birləşdirməyin savabı حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ يَحْيَى الْعَطَّارُ قَالَ حَدَّثَنَا سَعْدُ بْنُ عَبْدِ... Davamı..

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..