Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
5 Yanvar 14:54
Şərh Yoxdur
6039

“Yusif” surəsini oxuyan Qiyamət günü Həzrət Yusif (ə) kimi gözəl olar

“Yusif” surəsi Quranın 12-ci surəsidir və 111 ayəsi vardır, Məkkidir (Məkkədə nazil olmuşdur). Həzrət Peyğəmbər (s) buyurur: ““Yusif” surəsini əlinizin altında işləyənlərə öyrədin. O müsəlman ki, bu surəni tilavət edər, ailəsinə və əlinin altında olanlara öyrədər Allah ölümün çətinliklərini ondan alar və ona elə bir güc əta edər ki, başqalarına həsəd aparmaz”. (Tebyan/Deyerler)

İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni gecə və ya gündüz oxuyarsa, Allah Qiyamət günü onu elə halda məbus edər ki, siması Həzrət Yusif (ə) kimi gözəl olar. Qiyamət gününün qorxu və taqətsizliyi ona çatmaz. Allahın layiqli bəndələrindən olar”.

Başqa yerdə Həzrət Sadiq (ə) buyurur: “Hər kim bu surəni qiraət edər, Qiyamət günü insanların səbirsizlik etdiyi şeylərdən amanda olar. Allahın saleh bəndələrinin qonşusu olar. Zinaya düçar olmaqdan və söyüş söyməkdən amanda olar”.

Ruzisi asan olar. Əgər “Yusif” surəsini yazsanız və onu yuyub içsəniz, Allah ruziyə çatmaq yolunu asan edər.

Həsəd hissini aparar. İmam Baqir (ə) buyurur: “Allah “Yusif” surəsini bir misal kimi çəkmişdir ki, insanlar bir-birinə həsəd aparmasınlar. Necə ki, Yusifin qardaşları onunla etmişdilər”.

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Quran oxumağın zahiri və batini ədəbi

Əhli-Beyt (ə) – Quran əhli olmuşdular. Evləri Cəbrayilin (ə) endiyi məkan və vəhy yeri idi. Ona görə də Quranın ədəbini də onlardan öryənmək lazımdır. Zahiri ədəb qaydası Məsumların (ə) nurani kəlamlarından... Davamı..

Allahla danışmaq istəyən Quran oxusun

Allahla danışmaq istəyən Quran oxusun 1-“Qurandan bacardığınız qədər oxuyun.” (Müzzəmmil surəsi-20-ci ayə) 2-Quran oxumaq və ona əməl etmək, dərdlərə dərmandır. (hər bir dərdin... Davamı..

Qədr gecəsi barədə Quran nə deyir?

Qədr gecəsi barədə Quran nə deyir? 1). Qurani-Kərim mübarək Ramazan ayında nazil olub (Bəqərə surəsi, ayə: 185). 2). Qurani-Kərim mübarək gecədə nazil... Davamı..

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..

“Naziat” surəsi xülasə təfsiri

“Naziat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə! And olsun (möminlərin canını) rahatlıqla,... Davamı..

“Nəbə” surəsi xülasə təfsiri

“Nəbə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Onlar nə barədə bir-birindən soruşurlar? Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində – elə... Davamı..

Qurani-kərimin adları

1. “Quran” (oxunan, toplanmış və…) “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata... Davamı..

Dünya alimlərinin Quran barəsində söylədikləri:

Dünya alimlərinin Quran barəsində söylədikləri: 1. Doctor Henry Corbin, tanınmış fransalı islamşünasın Quran barəsində çox maraqlı bir sözü vardır. O deyir: “Əgər... Davamı..