Bilirdiniz…? Qurani-Kərim ilk dəfə İltaliyada (1543) çap olunub. Bu çap kilsənin göstərişi ilə məhv edilib. Bundan sonra 1692 və 1696-cı illərdə Quran yenə də Avropa ölkələrində çap və nəşr edilir. Müsəlmanlar tərəfindən isə Quranın ilk çapı ilk dəfə 1788-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində Tatarıstanlı (Kazan) xeyriyyəçilər tərəfindən hazılanır. Rusiyadakı çapdan 40 il sonra Quranı ilk çap edən müsəlman ölkəsi isə İrandır. Qurani-Kərim İranda hicri-qəməri tarixi ilə 1243 və 1248-ci illərdə çap və nəşr edilib. Bundan sonra isə Quran Türkiyə, Misr və İraqda çap edilib. Misrin Həfsin Asimdən rəvayəti əsasında Suriyalı xəttat Osman Taha xətti ilə çap etdiyi Quran isə gözəl xətt və gözəl tərtibinə görə bütün müsəlman ölkələrində xoş qarşılanıb. Hazırda istifadə etdiyimiz 30-cüzli və 60 hizbli Quran nüsxələrinin 90 faizi həmin çap nüsxəsi üzərindən hazırlanıb.