Quran oxumağın zahiri və batini ədəbi
Əhli-Beyt (ə) – Quran əhli olmuşdular. Evləri Cəbrayilin (ə) endiyi məkan və vəhy yeri idi. Ona görə də Quranın ədəbini də onlardan öryənmək lazımdır.
Zahiri ədəb qaydası
Məsumların (ə) nurani kəlamlarından belə nəticəyə gəlmək olur ki, Quranı müqəddəs bili,b ona ehtiram göstərmək lazımdır. Onunla məhəbbətlə rəftar etmək lazımdır. Quranın zahiri ədəbləri ilə tanış olaq:
- Paklıq, təharət, dəstəmaz.Əmirəl-möminin (ə) buyurur: “Bəndənin o zaman ki, dəstəmazıolmaz – Quran oxumasın o zamana qədər ki, dəstəmaz alsın və təharətli olsun”. Əlbəttə, dəstəmazsız namaz qılmaq Quran oxumağı batil etməz, sadəcə oxumağın savabını azaldar. Ancaq Qurana ehtiram qoyan insan gərək onu oxuyan zaman təharətli olsun.
- Ağızıtəmizləmək.İnsan Quranı oxuyan zaman ağız orqanından istifadə etdiyi üçün bu orqanın təmiz və pak olması mühümdür. Əgər ağız təmiz olarsa, oxuduğu Quran ayələri insanın can və ruhuna daha tez nüfuz edər. Həzrət Peyğəmbər (s) buyurur: “Quranın yolunu təmiz edin”. Soruşurlar ki, Quranın yolu nədir? Buyurur: “Ağızlarınız”. Soruşurlar ki, necə? Buyurur: “Misvak edərək”.
- Baxış.Quranın səhifələrinəbaxmaq və onu üzündən oxumaq ibadətdir. Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, Qurana nəzər salmaqda üç ibadət vardır. Onlardan biri də üzünə oxumaqdır.
- Qulaq asan zaman sükut etmək.Quranözü əmr edir: “Qur’an oxunan zaman ona qulaq asın və susun ki, bəlkə rəhm olundunuz”. (“Əraf” 204).
- Gözəl səs.Həzrət Peyğəmbər (s) buyurur: “Hər birşeyin zinəti vardır və Quranın zinəti – gözəl səsdir”.
- Oxumağa başlayan zamanşeytandan Allaha pənah aparmaq.“Qur’an oxuyan zaman, qovulmuş şeytandan Allaha pənah apar”. (“Nəhl” 98). Yəni, deyirsən: “Əuzu billəhi minəş-şəytanir-racim”.
Mənəvi ədəb
Quranın zahiri ədəbi olduğu kimi, batini ədəbi də vardır. Quran ayələrini eşidən zaman qəlb müti olmalıdır. Bəzən bu ayələri eşidən insanların tükləri biz-biz olur, gözlərindən yaş axmağa başlayır. Quranın batini ədəbləri ilə tanış olaq.
- Ayələr haqqında təfəkkür etmək.İmam Səccad (ə) buyurur: “Quran ayələri o xəzinələrdir ki, nəzaman bu xəzinələrdən birini açsan, layiqlidir ki, orada olanlara yaxşı nəzər salasan”.
- Qəlb riqqəti.İmam Sadiq (ə) buyurur: “Hər kim Quran oxuyar, ancaq Allah qarşısında müti olmaz vəqəlbi riqqət, qorxu və qəm əldə etməz – Allahın əzəmətini yüngül hesab etmiş olar”.
- Quranınəmrlərini vəqadağalarını qəbul etmək. İmam Sadiq (ə) buyurur: “Bax gör, Allahın məktubunu necə oxuyursan və onun əmrlərinə və qadağalarına necə cavab verirsən. Allahın İlahi hədlərinə necə itaət edirsən”.
- Keyfiyyətəkəmiyyətdən dahaçox diqqət etmək. Baxmayaraq ki, Quranı xətm etmək fəzilət hesab olunur, ancaq din alimlərinin nəzərinə görə, Quran oxuyan zaman keyfiyyət daha mühümdür. Yəni, Quranı necə oxumaq, nə qədər oxumaqdan daha fəzilətlidir.