Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 Yanvar 14:37
Şərh Yoxdur
1929

Yaxşı həyat yoldaşı olmaq istəyən xanımlara 3 tövsiyə

Xanımların yaxşı həyat yoldaşı olmaları üçün 3 şeyi bilməkləri zəruridir. Bu üç şey ibarətdir:

 

1. Özlərini hər bir çirkinlikdən təmizləməlidirlər. Yəni, hər bir yerdə iffət və pakətəkli olmalarına diqqət etməlidirlər.

Pakətəkli olmaq barəsində çox danışmaq olar. Bunun bir çox nümunələri vardır. Bəzilərinə toxunaq. Qadın özünü göstərməkdən, nümayiş etdirməkdən, diqqət cəlb etməkdən uzaq olmalıdır. Qarşı cinslə təklikdə qalmamasına xüsusi diqqət etməlidir. Dediyinə, eşitdiyinə diqqət etməlidir. O cümlədən, fikir və baxışlarını kontrol etməsi – ən mühüm amillərdəndir.

Bunlar baş verəndə, həyat yoldaşının qəlbi rahatlıq tapar. İşinə-gücünə rahat gedib-gələr, öz ictimai və dini vəzifələrini qəlb hüzuru ilə yerinə yetirə bilər.

2. Qadın ev işlərinə nəzarət etməlidir. Qadın evdə vəzir rolunu oynayar. Kişinin bütün mal-dövlətinə və abırına nəzarət edər. Onların təhlükəyə düşməsinə mane olar. İsrafdan çəkinər.

O zaman ki, kişi bu zəhmətləri görər, qadına qarşı sevgisi və ehtiramı yaranar.

 

3. Qadın ərinə əlaqə və meyil göstərməlidir. Özünü onun üçün bəzəməlidir. Qadının gözəl libasları geyinərək özünü bəzəməsi kişinin qəlbini fəth edər, kişinin ona daha çox aşiq olmasına səbəb olar. Bu zaman kişinin qadına rabitəsi çox möhkəm olar.

 

Beləliklə deyə bilərik ki, İslam dini bəzənməyin və zinətin əleyhinə deyildir. O şeyə ki, diqqət olunmalıdır, odur ki, bu gözəllik və camal kimin qarşısında nümayiş olunacaqdır. Əlbəttə ki, bu insan – yalnız onun həyat yoldaşı olmalıdır. (Hədənə/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..