“Həşr” surəsi Qurani-Kərimin 59-cu surəsidir ki, Mədinədə nazil olmuşdur və 24 ayəsi vardır.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Həşr” surəsini oxuyar behişt, cəhənnəm, ərş, kürsü, onun hicabları, yeddi qatlı səma, yeddi qatlı yer, hava, küləklər, quşlar, ağaclar, dağlar, günəş, Ay, mələklər – hamısı ona salam göndərər və onun üçün bağışlanma istəyərlər. Əgər “Həşr” surəsini oxuduğu gündüz və ya gecə vəfat edərsə, şəhid hesab olunar”.
İmam Sadiq (ə) buyurur: “Hər kim əsr “Həşr” və “Rəhman” surəsini oxuyar, Allah yalın qılınclı mələyi məmur edər ki, səhərə qədər onun qayğısına qalsın”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Həşr” surəsini oxuyar, Allah firqəsinin üzvü olar ki, xilas olmuşlardır”.
Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman yatağa getmək istəsən, “Həşr” surəsini oxu və əgər ölsən, şəhid hesab olunarsan”.
Allahın əzim adı – elə adlardandır ki, bir çox maddi və mənəvi çətinlikləri həll edər. Həzrət Peyğəmbər (s) buyurur: “Allahın əzim adı – “Həşr” surəsinin son 6 ayəsindədir”. (Tebyan/Deyerler)
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim “Həşr” surəsinin son ayələrini gecə və ya gündüz oxuyarsa və həmin gündə və ya gecədə ölərsə, behişt ona vacib olar.
Bu surənin bərəkətləri.
1. Xəstəliyin şəfasıdır. Həzrət Peyğəmbər (s) buyurur: ““Həşr” surəsinin son üç ayəsini oxuyan zaman əlinizi başınıza qoyun və bu ayələri oxuyun ki, Allah tərəfindən Cəbrayilin (ə) əmridir. Bu əməl ölümdən savayı bütün xəstəliklərin şəfasıdır”.
2. Qorunmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Həşr” surəsini cümə gecəsində oxuyar, səhərə qədər müxtəlif bəlalardan amanda olar”.
3. Hafizəni gücləndirər. İmam Sadiq (ə) buyurur: “Hər kim “Həşr” surəsini yazar və pak su ilə yuyar və onu içər – güclü hafizə nəsibi olar”.
4. Günahların bağışlanılması. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Həşr” surəsinin son üç ayəsini oxuyar – keçmiş və gələcək günahları bağışlanılar”.
5. Ayaq şişini aradan qaldırar. İmam Baqir (ə) Cabirə buyurur: “Nə zaman ayağının bir yeri şişsə, ona “Həşr” surəsinin son üç ayəsini 3 dəfə oxu ki, Allahın izni ilə həmin şiş yaxşı olsun”.
www.ahliman.info