Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 Oktyabr 15:03
Şərh Yoxdur
3277

Ustad Qiraəti: “Məgər Allahın əfvi, günahın təbii təsirini aradan aparırmı?”

Ustad Qiraəti öz təfsir dərsində “Bəqərə” surəsinin 38-ci ayəsi ilə bağlı buyurmuşdur: “Dedik: «Hamılıqla oradan (o uca məqamdan) yerə enin. Beləliklə, əgər Mənim tərəfimdən sizə (peyğəmbərlər və səma kitabları vasitəsilə) bir hidayət gəlsə, Mənim hidayətimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar»”. (“Bəqərə” 38). Bu ayə göstərir ki, Adəmin (ə) tövbəsindən sonra da Allah onlara yerə enməyi əmr edir ki, güman etməsinlər ki, behişt bağlarına qayıda bilərlər.

Bəli, Allahın əfvi günahın cəzaını aradan aparar, ancaq günahın təbii təsiri, əfvi ilə aradan getməz. Necə ki, əgər şərab içən tövbə edərsə Allah onu bağışlayar. Ancaq şərabın məstedici təsiri bədənində qalar.

Adəmin (ə) behiştdən çıxması qadağan olunmuş bitkidən yeməyə görə olmuşdu. Bu təsir, tövbə etməklə aradan getməz. Hər bir halda həm Adəm (ə) və həm də həyat yoldaşı behiştdən çıxmalı idilər. Adəmin (ə) behiştdən çıxması onun övladlarının və nəslinin də behiştdən çıxmasına səbəb oldu. Çünki Allah bu əmri bütün insanlar üçün vermişdi. Ancaq eyni zamanda bəşərin hidayətini də bəyan etmişdir. Belə ki, Allah buyurur: “Beləliklə, əgər Mənim tərəfimdən sizə (peyğəmbərlər və səma kitabları vasitəsilə) bir hidayət gəlsə, Mənim hidayətimə tabe olanlara heç bir qorxu yoxdur və onlar qəmgin olmayacaqlar».

Bu hidayət vasitələri istər peyğəmbərlər olsun, istərsə də kitab – insanlar onun qarşısında iki dəstəyə bölünərlər: bir dəstə itaət edənlərdir, bir dəstə isə kafirlərdir.

Allah xilqətin əvvəlində Adəmə (ə) varlıq aləminin həqiqətlərini öyrətmişdi və həmin elm onun mələklərdən üstün olmasına səbəb olmuşdu. Lakin bu elmi onu şeytanın vəsvəsəsindən xilas edə bilmədi. Adəm (ə) ilk vəsvəsəyə aldandı və yolunu azdı. Allah da tövbəsini qəbul etdikdən sonra ona hidayət vasitələri göndərdi. Ancaq bu yolla haqqı batildən ayıra biləcəkdi. Vəhyin nazil olması Allahın ona verdiyi ikinci nemət idi.

Allah heç bir insanı məcbur etmir ki, onun vəhyini qəbul etsin. Onlara azadlıq və ixtiyar verir və hər kəs öz etiqadını seçməkdə azad olur. İnsan özü seçir və əgər istəsə İlahi hidayət yolunda gedir, istəməsə boyun qaçırdır.

İnsanın ən mühüm nigarançılığı gələcəyinə görədir. Həm dünyada və həm də axirətdəki gələcəyinə görə. Hər kim İlahi hidayəti qəbul edər, Allah onun gələcəyini təmin edər və gələcəyindən nigaran olması üçün yer qalmaz. Öz keçmişinə görə qəm yeməz, çünki öz vəzifələrinə əməl etmişdir.

Bu ayədən öyrənirik:

– Bəzən bir xata bütün nəsillərə və irqlərə təsir qoyur. Necə ki, Adəm (ə) etmişdi.

– Allah heç bir zaman lütfünü insandan götürmür, baxmayaraq ki, üsyan etsə belə. Allah onun üçün tövbə yolunu açıq qoyur və hidayət vasitələri göndərir.

– İlahi hidayət insanın yerdə sakin olması ilə başlamışdır və Allah insanı öz halına buraxmamışdı.

– İlahi hidayət olanlar həqiqi rahatlıq içindədirlər və hər cür nigarançılıqdan uzaqdırlar”. (Həvzəh/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..

Nə üçün Allah insan həyatı üçün təhlükəli şeylər yaradıb?

Qur`an buyurur ki, Allah hər şeyi gözəl yaradıb.[1] İlanın bədənindəki zəhər bir çox ağır xəstəliklərin dərmanıdır. Hansı ki, yanlış olaraq, bu zəhərə... Davamı..

HƏZRƏT ÜMMÜL BƏNIN

Əli ibn Əbu Talib əleyhissalam qardaşı Əqil ilə məsləhətləşib ondan istədi ki, həzərətə elə bir nəsildən xanım tapsın ki, şücaətli övladlar dünyaya... Davamı..

Heç bir şey SALAVAT qədər dərdimə dəymir

Heç bir şey SALAVAT qədər dərdimə dəymir İrfan və mərifət yolunun saliki, rəbbani alim, Həzrət Ayətullah Seyyid Bəhauddini (r.ə) buyurub: Üç şey... Davamı..

Bu duanı unudanda QƏZA etməlisən

İmam Sadiq (ə) buyurur ki, Günəş çıxmamışdan və batmamışdan öncə bu zikri və duanı 10 dəfə oxumaq dəyişilməz bir sünnədir. Əgər unutsanız... Davamı..