Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 Dekabr 22:23
Şərh Yoxdur
607

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən, həmin gecəyə məxsus əməlləri yerinə yetirən şəxsə çoxlu bərəkət və savablar əta olunar. İslam Peyğəmbərindən (s) nəql olunur ki, Rəcəb ayının ilk cümə axşamından qafil olmayın ki, bu gecəni mələklər “istəklər gecəsi” adlandırırlar.
Rəcəb ayının ilk cümə axşamını ehya saxlamaq, dua, münacat və raz-niyazla məşğul olmağın, eləcə də, həmin günü (cümə axşamı günü ) oruc tutmağın fəzilət və savabı olduqca çoxdur.
Ən mühüm əməl isə (İslam Peyğəmbərindən (s) nəql olunduğu kimi) “Şam” və “Xiftən” namazlarının arasında (iki rükətli) on iki rükət namaz qılmaqdır. Belə ki, hər rükətdə “Həmd” surəsindən sonra üç dəfə “Qədr” və on iki dəfə “İxlas” surələri deyilir və namazdan sonra aşağıdakı zikr yetmiş dəfə deyilir:
اللهم صل علی محمد النبی الامی و علی آله
“Əllahummə səlli əla Muhəmmədinin-nəbiyyil ummiyyi və əla alihi!”
Ondan sonra səcdəyə gedilir və səcdədə yetmiş dəfə bu zikr deyilir:
سبوح قدوس رب الملائکة والروح
“Subbuhun Quddus, Rəbbul-məlaikəti vər-ruh!”
Səcdədən qalxıb yenidən səcdəyə gedərək bu zikr yetmiş dəfə deyilir:
رب اغفر وارحم و تجاوز عما تعلم انک انت العلی الاعظم
“Rəbbiğfir vərhəm və təcavəz əmma tə`ləm, innəkə əntəl əliyyul əzim!” Bu dəfə də səcdədən qalxıb, yenidən səcdəyə gedədək aşağıdakı zikr 70 dəfə deyilir:
سبوح قدوس رب الملائکة والروح
“Subbuhun Quddus, Rəbbul-məlaikəti vər-ruh!”
Sonra Allah-Taaladan hacətlərin dilə gətirilməsi tövsiyə olunur!
İslam Peyğəmbərindən (s) bu namazın fəziləti ilə bağlı belə nəql olunur:
“Hər kim “Rəğaib” (istəklər) gecəsi bu namazı qılsa, qəbrin birinci gecəsində həmin namazın savabı onun müqabilində gözəl, gülərüz və parlaq simada zahir olar və şirin dillə ona deyər: “Ey mənim dostum! Sənə müjdə verirəm ki, hər bir çətinlik və ağrı-acılardan nicat tapdın.” Namaz qılan şəxs deyər: “Sən kimsən? Mən indiyə qədər belə gözəl sima görməmişdim, sözündən şirin bir söz eşitməmişdim, qoxundan da ətirli bir qoxu duymamışdım.” Cavabında deyər: “Mən, sənin “Rəğaib” gecəsi qıldığın namazam. Bu gecə sənin haqqını ödəmək, sənə tənhalığında həmdəm olmaq, vəhşət və qorxunu səndən uzaqlaşdırmaq üçün gəlmişəm. Qiyamət “sur”u (sədası) çalındığı zaman mən Qiyamət səhnəsində sənin üzərinə kölgə salaram. Elə isə şad ol ki, xeyir-bərəkət səndən uzaq düşməyəcək.”
(Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəcəb ayının fəzilət və əməlləri” bölümü.)
Digər “Mənəviyyat ” Xəbərləri

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..

Hansı imamın ziyarəti daha fəzilətlidir?

Hansı imamın ziyarəti daha fəzilətlidir? Bəzi hədislərə əsasən İmam Rzanın (ə) ziyarəti İmam Hüseynin (ə) ziyarətindən daha fəzilətlidir. Bu hədisləri eşidən bir... Davamı..

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ Artıq məlum oldu ki, qohum-əqrəba ilə gözəl münasibətdə olmaq, onların dərd-qəminə şərik çıxmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər... Davamı..

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl... Davamı..