Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
30 İyun 20:37
1 Şərh
2344

Tənqidçi bu 7 xüsusiyyətə malik olmalıdır

Bəşər cəmiyyətində hər kəs eyni cür düşünmür və hər kəsin fikir tərzi fərqlidir. Bəzən insanların bir mövzuda müxtəlif nəzərləri meydana gəlir. Ona görə də tənqidçilik kimi bir bölmə əmələ gəlir ki, öz növbəsində elmin inkişaf etməsinə səbəb olur. (Tebyan/Deyerler)

Lakin tənqidçi olmaq o zaman faydalı olar ki, şərtlərinə əməl edilsin. Əks halda qarşı tərəfin mənfi reaksiyası ilə qarşılaşar.

Tənqid etməyin özünəməxsus ədəb və qaydaları vardır. Hər kəs bir-birini tənqid edə bilər. Valideyn övladını, ər xanımını, müəllim şagirdini, insanlar vəzifə başında olanları və sair. Bunun üçün bəzi xüsusiyyətlərə malik olmaq lazımdır ki, onlara işarə edək:

 

1. Həm müsbət və həm də mənfi tərəfləri qeyd etmək. Şübhəsiz ki, hər bir insanın mənfi tərəfləri olduğu kimi, müsbət tərəfləri də vardır. Ona görə də tənqid edən zaman insafa riayət etmək lazımdır. Başqalarının səhvini deməzdən əvvəl, onun müsbət cəhətlərini də dilə gətirmək lazımdır. İmam Əli (ə) buyurur: “İnsaf münaqişələri aradan aparar. Ülfətə səbəb olar”.

 

2. Mövzuyla bağlı kifayət qədər elmə malik olmaq. İnsanları tənqid etməzdən əvvəl mövzu haqqında lazım olan qədər məlumata malik olmaq lazımdır. İnsanları o zaman tənqid etmək olar ki, onlara aid olan həmin mövzu haqqında məlumatın olsun. İmam Əli (ə) buyurur: “Bilin ki, aqil o kəsdir ki, düzgün fikir ilə müxtəlif nəzərlərin qarşısına getsin. İşin nəticəsinə nəzər salsın”.

 

3. Müsbət və ehtiramlı sözlərdən istifadə etmək. Tənqid gərək qarşı tərəfə hörmət edilərək həyata keçirilsin. İmam Əli (ə) buyurur: “Aqil nə zaman danışsa, onu müdrik və atalar sözü ilə bir yerdə edər. Nadan nə zaman danışar, onu andla bir yerdə edər”.

 

4. Münasib zaman və məkanda. Təniqd üçün münasib zaman və məkanın olması mühümdür. Əgər insan öz xanımını tənqid edirsə, gərək onu xanımının yorğun olan zamanı etməsin. Çünki bu zaman insanın hər bir tənqidi eşitməyə taqəti olmaz.

 

5. Qısa və faydalı olsun. Tənqid edən öz məqsədini gərək qısa və mənalı sözlərlə çatdırmağı bacarsın. Əgər uzun danışarsa, qarşı tərəfi yorar. Ona görə də tənqid elə olmalıdır ki, qarşı tərəfi yormasın. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, Musa ibni İmran (ə) Xızrla (ə) görüşür, Musa ona deyir: “Mənə moizə et”. Xızr deyir: “Ey o kəs ki, elm axtarırsan! Bil ki, danışan eşidəndən daha az yorulur. Ona görə də heç bir zaman məclis əhlini yorma””.

İmam Əli (ə) buyurur: “Ən yaxşı kəlam o sözdür ki, yorucu olmasın”.

 

6.Tənqidin şəffaf olması. Tənqidçi gərək şəffaf və aydın danışsın. Qarışıq sözlərdən uzaq olsun.

 

7. Qarşı tərəfin şəxsiyyəti qorunmalıdır. Tənqid zamanı riayət olunmalı mövzulardan biri də budur ki, qarşı tərəfin şəxsiyyəti qorunmalıdır. Bunu nəzərə almaq lazımdır ki, biz insanlar məsum deyilik və səhv edə bilərik. İnsanların ona görə ancaq əməlini tənqid etmək olar, şəxsiyyətini deyil.

Beləliklə deyə bilərik ki, qarşı tərəfin bu tənqiddən nəticə çıxartması üçün yuxarıdakı amillərə riayət etmək lazımdır.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..

Nə üçün Allah insan həyatı üçün təhlükəli şeylər yaradıb?

Qur`an buyurur ki, Allah hər şeyi gözəl yaradıb.[1] İlanın bədənindəki zəhər bir çox ağır xəstəliklərin dərmanıdır. Hansı ki, yanlış olaraq, bu zəhərə... Davamı..

HƏZRƏT ÜMMÜL BƏNIN

Əli ibn Əbu Talib əleyhissalam qardaşı Əqil ilə məsləhətləşib ondan istədi ki, həzərətə elə bir nəsildən xanım tapsın ki, şücaətli övladlar dünyaya... Davamı..

Heç bir şey SALAVAT qədər dərdimə dəymir

Heç bir şey SALAVAT qədər dərdimə dəymir İrfan və mərifət yolunun saliki, rəbbani alim, Həzrət Ayətullah Seyyid Bəhauddini (r.ə) buyurub: Üç şey... Davamı..

Bu duanı unudanda QƏZA etməlisən

İmam Sadiq (ə) buyurur ki, Günəş çıxmamışdan və batmamışdan öncə bu zikri və duanı 10 dəfə oxumaq dəyişilməz bir sünnədir. Əgər unutsanız... Davamı..