Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
12 Noyabr 22:12
Şərh Yoxdur
1836

Şeyx Rəcəbəli İmam Hüseyn (ə) ziyarətçisi olan xanıma “əməllərinin hamısını məhv etdin”dedi

Nəql edirlər ki, Mərhum Ağa Şeyx Rəcəbəli Xəyyat bir qrup insanlarla birlikdə Kərbəlaya müşərrəf olur və onların arasında bir ər-arvad da var imiş. Günlərin bir günü ziyarətdən sonra hərəmdən qayıdanda həmin ər və arvad Şeyxin arxasınca, amma xeyli uzaqda yol gedirmişlər. Yolun ortasında söhbət əsnasında xanım öz ərinə bir dimsik vuraraq ona ağır söz deyir.

 

Bütün ziyarətçilər istirahət məkanına qayıdan zaman Şeyx Rəcəbəli hamıya  bir-bir “ziyarətin qəbul olsun” deyir. Amma həmin qadına çatanda “sən heç, hamısını yerə dağıtdın” deyir.

O xanım deyir:

– Ağa, niyə belə deyirsiniz? Mən bu qədər yolu Kərbəlayə gəlmişəm. Nə etmişəm axı?

Şeyx Rəcəbəli deyir:

– Hərəmdən çıxandan sonra yoldaşına dimsik vuranda əməllərinin hamısı məhv oldu. Ziyarətdən əldə etdiyin bütün mənəvi nur və feyzləri bu əməlinlə məhv etdin.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..