Həzrət Məhəmməd (s) buyurub: “Çox sədəqə verin ki, ruziniz artsın.”[1]
İmam Əli (ə) buyurub: “Ruzini, sədəqə verməklə başınızın üzərinə endirin.”[2]
İmam Əli (ə) yenə buyurub: “Kasıb vaxtınızda sədəqə (malı) ilə Allahla sövdələşin (ticarət edin).”[3]
İmam Sadiq (ə) buyurub: “Bəzi vaxtlar mən kasıblayıram və sədəqə vasitəsilə Allahla sövdələşirəm.”[4]
İmam Sadiq (ə) yenə buyurub: “Sədəqə vermək borcu ödəyər və bərəkət gətirər.” [5]
[1] Əlamud-Din, səh. 333
[2] Biharul-Ənvar, c.78 səh.68 , hədis13
[3] Nəhcül-Bəlağə, hikmət 258
[4] Biharul-Ənvar, c.78, səh.206 , hədis54
[5] Biharul-Ənvar, c.96, səh. 134 , hədis68