Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
22 Noyabr 16:48
Şərh Yoxdur
8613

Ruzini artırar, hesabı asanlaşdırar, izzət, dövlət və kəramət verər – “Qaf” surəsinin fəzilətləri

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Qaf” surəsini oxuyar, Allah ölümün çətinliklərini onun üçün asan edər”.

 

İmam Baqir (ə) buyurur: “Hər kim vacib və ya müstəhəb namazlarında “Qaf” surəsini qiraət edərsə, Allah onun üçün ruzini genişləndirər, Qiyamət günü əməl dəftərini sağ əlinə verər və ondan asan hesab götürər”.

 

Həmçinin nəql olunur ki, o evdə “Qaf” surəsi oxunar, o evin sahibi həmişə izzətli, saədətli, dövləti və kəramətli olar. Zillətdən amanda qalar. (Tebyan/Deyerler)

 

Bu mübarək surənin bərəkətləri:

1. Epilepsiya xəstəliyinə qarşı yaxşı təsir edər. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər “Qaf” surəsini yazsanız və epilepsiyası olan insanın boynuna assanız, huşa gələr”.

2. Süd verən ananın südü artar. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər “Qaf” surəsi yazılmış yazını südü az olan ananın yanında qərar versəniz, südü artar”.

3. Ruzini artırar. Ruzinin artması niyyətilə üzü qibləyə dayanıb, “Qaf” surəsini üç dəfə oxumaq lazımdır.

4. Qorxunu aradan aparar. Qorxunun aradan getməsi üçün “Qaf” surəsini yazın və yağış suyu ilə onu yuyun. O sudan için.

 

Qaf surəsi ərəbcə.

 

 

Qaf surəsinin tərcüməsi.

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

“Quran” sözü lüğətdə

Bu barədə Quran və lüğət alimləri tərəfindən müxtəlif fikirlər irəli sürülmüşdür: “Quran” sözü, əslində “qərəə”  kökündən olub, “tilavət” (oxumaq) mənası daşıyır. Şeyx... Davamı..

“Bəqərə” surəsi

“Bəqərə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Əlif, Lam, Mim. (Bu əzəmətli kitabı sadə əlifba hərflərindən ərsəyə gətirən Allah böyükdür.) Bu,... Davamı..

“Fatihə” surəsi

Rəhman və Rəhim Allahın adı ilə! Həmd aləmlərin Rəbbi Allaha məxsusdur. Rəhman və Rəhim olana (ümumi və xüsusi rəhməti hamını əhatə edən... Davamı..

Quran ayələrinə əsasən SƏDƏQƏ aşağıdakı şərtlərlə verilməlidir:

1). Sədəqə malın halalından, yaxşısından, sağlamından və pakından olmalıdır. (Bəqərə/267). 2). Allah yolunda və xalis niyyətlə verilməlidir. (Bəqərə/265). 3). Gizli verilməsi daha... Davamı..

Eyni ayədə saleh əməlin, namazın və zəkatın bir yerdə bəyan olmasının səbəbi

“Həqiqətən iman gətirib yaxşı işlər görən və namaz qılıb zəkat verən kəslərin Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır və (axirətdə) onlar üçün... Davamı..

“Yasin” surəsinin misilsiz fəzilətləri

Hədilsərdə oxuyuruq ki: “Hər bir şeyin qəlbi vardır və Quranın qəlbi isə “Yasin” surəsidir”. Bu hədisin mənası budur ki, əgər insan İlahi... Davamı..

Allah-təala özünü Qurani-kərimdə göstərmişdir

İmam Sadiqdən (ə) elə bir kəlam vardır ki, əgər onun dərinliyinə diqqət yetirə bilsək, lərzəyə düşərik! Həzrət buyurur: “Həqiqətən də Allah-təala bəndələrə... Davamı..

Qurani Kərimdə Əba Əbdillahın (ə) surəsi: Kim bu surəni oxuyarsa…

“Fəcr” surəsi Quranın 89-cu surəsidir, Məkkidir (Məkkədə nazil olub) və 30 ayəsi vardır. İmam Sadiq (ə) buyurur: ““Fəcr” surəsini vacib və müstəhəb... Davamı..