Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Noyabr 11:32
Şərh Yoxdur
3504

Ruh eyni vaxtda iki məkanda ola bilərmi?

00Ruh mücərrəd olduğu üçün zaman və məkana tabe deyildir. Zaman və məkan anlayışı adətən maddi olan şeylərə aiddir.

 

Ruh bədənə daxil olan və onu diri saxlayan mücərrəd bir qüvvədir ki, Allah tərəfindən xəlq edilmişdir. Allah əvvəl insan bədənini maddi olan torpaqdan yaratmışdır. Ona forma vermişdir. Sonra isə Öz ruhundan ona üfürmüşdür ki, dirilsin. Ona görə də insan varlığının əsas hissəsini ruh təşkil edir. “Səndən (hər bir canlının həyat mənbəyi olan) ruh(un həqiqəti və sifətləri) barəsində soruşurlar, de: «Ruh mənim Rəbbimin əmrindən (meydana gəlmiş)dir (və onun hər hansı bir canlıda qalması və yox olması da Onun əmri ilədir) və sizə elmdən (xüsusilə ruhun həqiqəti barəsində olan elmdən) yalnız az (bir miqdar) verilmişdir»”. (“İsra” 85).

 

Başqa ayədə oxuyuruq: “Sonra nütfəni ələqə etdik (laxta qana çevirdik), sonra ələqəni muzğə etdik (çeynənmiş ət şəklinə saldıq). Ondan sonra muzğəni (yumşaq) sümüklər etdik. Beləliklə sümüklərə ət (libası) geyindirdik. Sonra onu (inkişaf etmək qabiliyyəti olan həmin cismi ruh üfürməklə ağıl və elmə layiq) başqa bir (canlı) məxluq (şəklində) vücuda gətirdik.

Buna görə də afərin Allaha! Yaradanların ən yaxşısı olan Allah, çox xeyir-bərəkətlidir!”. (“Muminun” 14).

 

Bu ayədə insanın yaranmasının mərhələləri bəyan edilmişdir ki, bir canlı məxluqa çevrilməsi üçün mütləq ruha ehtiyacı vardır. Bu ruhdur ki, onu diri saxlayır. Ona görə də ruh cisimdən fərqli bir şeydir. Əgər ruh olmazsa, bədən ölər. Cisim bitkilərə bənzəyər.

 

Ruh ilə cismin rabitəsi vardır. Bədən ruhun qəlibidir. Bu ikisi arasında xüsusi rabitə vardır. Onlar bir-birinə təsir edə bilirlər. Misal üçün, ruhun halları cismə təsir edər. İnsanı ya şad edər, ya da qəmgin və bu hissləri insanın üzündən oxumaq olur.

 

Ruh bədənin sayəsində kamala çata bilir. Misal üçün, natiqlik qabiliyyəti, İlahi maarifi qulaq və göz vasitəsilə qəbul etmək – bütün bunların hamısı ruh və cismin sıx rabitəsi sayəsində meydana gəlir.

Bədən ruhu kamala doğru aparır.

Ruhun fəzilətlərindən biri də budur ki, bədən ruhun ixtiyarındadır. Ruh nə istəsə, bədən də onu yerinə yetirər. Ancaq elə ki, bədəni tərk edər – bədən lazımsız bir şeyə çevrilər və napak olar. (Hədənə/Deyerler)

 

Beləliklə deyə bilərik ki, ruh mücərrəd olduğu üçün zaman və məkan anlayışı ona aid edilmir. Ona görə də ruhun eyni zamanda iki məkanda olması mövzusu qeyri-mümkün olan mövzulardandır.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..