Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 Oktyabr 11:27
8 Şərh
8913

Quranın hansı surəsində İmam Hüseyndən (ə) bəhs olunmuşdur?

Hədis və təfsir kitablarının nəql etdiyi kimi, İmam Hüseyn (ə) haqqında nazil olan ayələr bunlardır: “Əhzab” 33, “Ali-İmran” 61, “Şura” 23, “İnsan” 8, “Bəqərə” 37 və “Fəcr” surəsinin son ayələri.

İmam Sadiq (ə) buyurur: “”Fəcr” surəsini vacib və müstəhəb namazlarınızda oxuyun, çünki bu surə Hüseyn ibn Əlinindir (ə)”. Məclisdə olan bir nəfər soruşur: “Necə ola bilir ki, bu surə İmam Hüseynə (ə) aid edilir?”.

İmam (ə) bu surənin son ayələrini oxuyur: “Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir), Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq! Mənim bəndələrimin zümrəsinə daxil ol! Və Mənim cənnətimə daxil ol!”. (“Fəcr” 27-30). Sonra buyurur: Bu ayələr Hüseyn ibni Əli (ə) haqqındadır. Çünki o Həzrət arxayın olmuş nəfsə malik idi və Allahdan razı idi. Allah da ondan razı idi. Həzrətin tərəfdaşları Allahdan razı idilər və Allah da onlardan razı idi. Bu surə ancaq Hüseyn ibn Əli (ə), onun davamçıları və Ali-Muhəmməd (ə) davamçıları haqqındadır”.

İmam (ə) sonda buyurur: “Hər kim “Fəcr” surəsini oxumağı davamlı edər, İmam Hüseynlə (ə) behiştdə olacaqdır. Həqiqətən, Allah hər şeyə qadir və hər məsələdən agahdır”.

Belə bir sual meydana gəlir ki, niyə bu ayələr Məsumların (ə) arasından məhz İmam Hüseynə (ə) aid edilir?

Cavabında deyə bilərik ki, Aşura hadisəsi tarixdə ən böyük hadisə kimi nəql edilmişdir. Heç bir hadisə onun qədər ağrılı və onun qədər mənəvi gücə malik olmamışdır. Əhli-Beytin (ə) başına gələn bu müsibət kimi müsibət, heç kəsin başına gəlməmişdir. Bu hadisənin ən böyük qurbanı İmam Hüseyn (ə) olmuşdur. Həzrət öz şəhadətinə nə qədər çox yaxınlaşırdısa siması daha çox parlayır və Allahla görüşə daha çox tələsirdi.

İmam (ə) bu müsibət qarşısında heç bir şikayət etmədi və hövsələsizlik nümayiş etdirmədi. Əksinə, hadisənin əvvəlindən sonuna qədər səbir və təslim göstərdi. Həzrət (ə) ömrünün son anlarında buyurdu: “Sənin qəzana görə səbirliyəm, Allahım! Səndən başqa Məbud yoxdur, ey pənahsızların pənahı! Mənim Səndən başqa Məbudum yoxdur. Sənin istək və iradənə səbirliyəm”.//Deyerler.org

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Bilirdiniz…?

Bilirdiniz…? Qurani-Kərim ilk dəfə İltaliyada (1543) çap olunub. Bu çap kilsənin göstərişi ilə məhv edilib. Bundan sonra 1692 və 1696-cı illərdə Quran... Davamı..

Quran oxumağın zahiri və batini ədəbi

Əhli-Beyt (ə) – Quran əhli olmuşdular. Evləri Cəbrayilin (ə) endiyi məkan və vəhy yeri idi. Ona görə də Quranın ədəbini də onlardan öryənmək lazımdır. Zahiri ədəb qaydası Məsumların (ə) nurani kəlamlarından... Davamı..

Allahla danışmaq istəyən Quran oxusun

Allahla danışmaq istəyən Quran oxusun 1-“Qurandan bacardığınız qədər oxuyun.” (Müzzəmmil surəsi-20-ci ayə) 2-Quran oxumaq və ona əməl etmək, dərdlərə dərmandır. (hər bir dərdin... Davamı..

Qədr gecəsi barədə Quran nə deyir?

Qədr gecəsi barədə Quran nə deyir? 1). Qurani-Kərim mübarək Ramazan ayında nazil olub (Bəqərə surəsi, ayə: 185). 2). Qurani-Kərim mübarək gecədə nazil... Davamı..

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..

“Naziat” surəsi xülasə təfsiri

“Naziat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə! And olsun (möminlərin canını) rahatlıqla,... Davamı..

“Nəbə” surəsi xülasə təfsiri

“Nəbə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Onlar nə barədə bir-birindən soruşurlar? Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində – elə... Davamı..

Qurani-kərimin adları

1. “Quran” (oxunan, toplanmış və…) “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata... Davamı..