Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 Dekabr 17:21
Şərh Yoxdur
9945

Quranın dörddə biri olan “Kafirun” surəsi

“Kafirun” surəsi Quranın kiçik surələrindəndir ki, Məkkədə nazil olmuşdur. Tarixdə oxuyuruq ki, o zaman Peyğəmbərin (s) dəvəti ciddi olur, Qureyş istehza etməyə başlayır. Ancaq sonradan Həzrətlə (s) sözləşməyə əyləşir. Deyirlər ki, gəl bu işdən əl çək və qalan işi bizə burax. Sənə dünya nemətlərindən hər nə istəsən, verərik. Mal, sərvət, vəzifə – hər nə istəsən sənə verərik. Həzrət Rəsul (s) da vasitəçilik edən Həzrət Əbu Talibə buyurur: “Əgər günəşi sağ əlimə və Ayı sol əlimə versələr, mən bu dəvətdən əl çəkmərəm”. (Tebyan/Deyerler)

Qureyş görür ki, məsələ bu cür həll olmayacaqdır. Başqa yola əl atırlar. Deyirlər ki, gəl bir neçə il biz sənin Allahına pərəstiş edək və bir neçə il də sən bizim bütlərimizə. Əgər sən düz deyirsənsə, biz həmin xeyirə çatarıq, əgər biz düz deyiriksə, sən bizimlə şərik olarsan. Həzrət (s) buyurdu: “Bu, olan şey deyildir”.

Üçüncü mərhələdə bir qədər də geri çəkildilər və dedilər: “Sən gəl bir dəfə bizim bütlərə əl vur və biz də dualarımızı edək. Sadəcə mərasimlərdə bizimlə bir yerdə ol”. Həzrət (s) təbii ki, qəbul etmədi.

Bu surə nazil olub, hər şeyi açıqladı. “(Ya Peyğəmbər!) De: «Ey kafirlər (ey Məkkə müşrikləri və bütpərəstləri), Mən sizin ibadət etdiyiniz şeyə əsla ibadət etmərəm. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz, Və nə də mən əsla sizin ibadət etdiyinizə ibadət edənəm. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz. Sizin dininiz sizə məxsusdur, mənim dinim də mənə məxsusdur (hələ ki, cihad hökmü gələnədək döyüş tərk olunmuşdur)»”.

Hədislərin birində oxuyuruq ki, hər kim yatmazdan əvvəl bu surə ilə “Tövhid” surəsini oxuyarsa, şirk onun ətəyindən yapışmaz.

Başqa bir hədisdə oxuyuruq ki, Həzrət Peyğəmbər (s) buyurub: “Bu surə – Quranın dördə biridir. Halbuki “Tövhid” surəsi Quranın üçdə biridir. Əgər insan onu üç dəfə oxuyarsa, bir Quran xətm etmiş kimi olar”.

İmam Sadiq (ə) buyurur: “Əgər kimsə “Kafirun” və “Tövhid” surəsini vacib namazında oxuyarsa, Allah Təala onu, ata və anasını və nəslini bağışlayar. Əgər batində bədbəxt olsa, Allah onun adını bədbəxtlərin divanında məhv edər, səadət əhlinin divanına yazar”.

İnsan əgər keçmişdəki giriftarlıqlarından nicat tapmaq istəyirsə, bu surəyə təvəssül etsin.

 

 

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Bilirdiniz…?

Bilirdiniz…? Qurani-Kərim ilk dəfə İltaliyada (1543) çap olunub. Bu çap kilsənin göstərişi ilə məhv edilib. Bundan sonra 1692 və 1696-cı illərdə Quran... Davamı..

Quran oxumağın zahiri və batini ədəbi

Əhli-Beyt (ə) – Quran əhli olmuşdular. Evləri Cəbrayilin (ə) endiyi məkan və vəhy yeri idi. Ona görə də Quranın ədəbini də onlardan öryənmək lazımdır. Zahiri ədəb qaydası Məsumların (ə) nurani kəlamlarından... Davamı..

Allahla danışmaq istəyən Quran oxusun

Allahla danışmaq istəyən Quran oxusun 1-“Qurandan bacardığınız qədər oxuyun.” (Müzzəmmil surəsi-20-ci ayə) 2-Quran oxumaq və ona əməl etmək, dərdlərə dərmandır. (hər bir dərdin... Davamı..

Qədr gecəsi barədə Quran nə deyir?

Qədr gecəsi barədə Quran nə deyir? 1). Qurani-Kərim mübarək Ramazan ayında nazil olub (Bəqərə surəsi, ayə: 185). 2). Qurani-Kərim mübarək gecədə nazil... Davamı..

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..

“Naziat” surəsi xülasə təfsiri

“Naziat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə! And olsun (möminlərin canını) rahatlıqla,... Davamı..

“Nəbə” surəsi xülasə təfsiri

“Nəbə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Onlar nə barədə bir-birindən soruşurlar? Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində – elə... Davamı..

Qurani-kərimin adları

1. “Quran” (oxunan, toplanmış və…) “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata... Davamı..