“Fəcr” surəsi Quranın 89-cu surəsidir, Məkkidir (Məkkədə nazil olub) və 30 ayəsi vardır.
İmam Sadiq (ə) buyurur: ““Fəcr” surəsini vacib və müstəhəb namazlarda qiraət edin. Çünki bu surə İmam Hüseynin (ə) surəsidir. Hər kim bu surəni oxuyarsa Qiyamət günü İmam Hüseynin (ə) dərəcəsində və onunla birlikdə olar”.
Əbu Əsamə nəql edir ki, İmam Sadiqdən (ə) soruşdum: “Necə olub ki, bu surə İmam Hüseynə (ə) aid olmuşdur? Buyurur: “Nəfsi mütməinə İmam Hüseyndir (ə)”.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “Fəcr” surəsini Zilhiccə ayının ilk on günündə oxuyarsa, günahları bağışlanmış olar. Əgər bu əyyamdan qeyrisində oxunarsa, Qiyamət günü nuranilik mənbəyi olar”.
Övlad sahibi olmaq. Hər kim bu surəni yazar və özü ilə gəzdirərsə, Allah gözünün nuru olan bir övlad ona nəsib edər.
İlahi pənahda qərar tutmaq. İmam Sadiq (ə) buyurur: “Hər kim gün çıxan zaman “Fəcr” surəsini oxuyarsa, gələn günün gün çıxanına qədər İlahi amanda olar”.