Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
21 İyun 16:27
2 Şərh
4065

Quran elmləri (Ulumi-Quran)

Qurani-Kərimi başa düşməkdən ötrü istifadə olunan elm “Ulumi-Quran” adlanır. Başqa sözlə desək o bəhslər ki, ilahi ayələri başa düşmək üçün verilən təfsirdən qabaq olunur və onunla tanış olmaq hər bir müfəssir və mühəqqiqə lazımdır. Həmən bəhslərin ümumisinə “Ulumi-Quran” deyilir.

Burada Qurana aid olan bəhslər, Quranın nazil olması, tərtibi, toplanması, yazılması, oxunuşu, təfsiri, nasex və mənsuxu və sairə barədə söz açılır.

Quran ilahi vəhy və əbədi möcüzə olduğu üçün islamın əvvəlindən müsəlmanlar bu kitab barədə ciddi çalışmışlar. Əvvəli böyük səhabələr, sonralar isə islam alimləri müxtəlif sahələrdə Quranın təfsiri və başqa cəhətlərinə fövqəladə diqqət yetiriblər.  Alimlərin dəqiq nəzərinə görə Peyğəmbər (s)-in səhabələrinin arasında, birinci, Quranın təfsir və elmi ilə məşhur olan Həzrət Əli (ə) oldu . İbni Abbas kimi bir şəxsiyyət də təfsiri Əli (ə)-dan öyrəndi.

Cəlaləddin Suyuti deyir: “Xəlifələr arasında Ulumi Quran barədə ən çox rəvayət nəql edən Əli ibni Əbutalibdir.

Əbdullah ibni Abbas, Əbdullah ibni Məsud, Ubey ibn Kəb ibni Qeys də o şəxsiyyətlərdəndir ki, Quranın təfsir və qəraətində yüksək rolları olub və başqaları da onlardan öyrəniblər. Quranın təfsirinin və bəhslərinin yazılışı əsasən II hicri əsrdən başlayıbdır.

 

Hacı Əhliman Rüstəmovun Peyğəmbər (s) və Əhli-Beytinin (ə) məktəbində Quranşunaslıq kitabından.

www.ahliman.info

Digər “Qurani Kərim ” Xəbərləri

Bilirdiniz…?

Bilirdiniz…? Qurani-Kərim ilk dəfə İltaliyada (1543) çap olunub. Bu çap kilsənin göstərişi ilə məhv edilib. Bundan sonra 1692 və 1696-cı illərdə Quran... Davamı..

Quran oxumağın zahiri və batini ədəbi

Əhli-Beyt (ə) – Quran əhli olmuşdular. Evləri Cəbrayilin (ə) endiyi məkan və vəhy yeri idi. Ona görə də Quranın ədəbini də onlardan öryənmək lazımdır. Zahiri ədəb qaydası Məsumların (ə) nurani kəlamlarından... Davamı..

Allahla danışmaq istəyən Quran oxusun

Allahla danışmaq istəyən Quran oxusun 1-“Qurandan bacardığınız qədər oxuyun.” (Müzzəmmil surəsi-20-ci ayə) 2-Quran oxumaq və ona əməl etmək, dərdlərə dərmandır. (hər bir dərdin... Davamı..

Qədr gecəsi barədə Quran nə deyir?

Qədr gecəsi barədə Quran nə deyir? 1). Qurani-Kərim mübarək Ramazan ayında nazil olub (Bəqərə surəsi, ayə: 185). 2). Qurani-Kərim mübarək gecədə nazil... Davamı..

“Əbəsə” surəsi xülasə təfsiri

“Əbəsə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Üzünü turşudub yana çevirdi. Yanına bir kor gəldiyinə görə. Haradan biləsən, bəlkə o təmizlənib... Davamı..

“Naziat” surəsi xülasə təfsiri

“Naziat” surəsi Rəhman və Rəhim Allahın adı ilə! And olsun (günahkarların canlarını bədənlərindən zorla) çəkib çıxaran mələklərə! And olsun (möminlərin canını) rahatlıqla,... Davamı..

“Nəbə” surəsi xülasə təfsiri

“Nəbə” surəsi Rəhman və Rəhim Allahın adı ilə! Onlar nə barədə bir-birindən soruşurlar? Böyük və əhəmiyyətli bir xəbər (Qiyamət) barəsində – elə... Davamı..

Qurani-kərimin adları

1. “Quran” (oxunan, toplanmış və…) “Həqiqətən, bu Quran (bütün bəşəriyyəti) ən doğru yola (İslama) yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata... Davamı..