Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 İyul 15:22
Şərh Yoxdur
6453

Qonaqlıq vermək bir gün haqdır, ikinci gün ehsandır. İki gündən sonra riya və şöhrət axtarmaq hesab olunur

Qonağın xatirinə özünü zəhmətə salmaq

Həzrət Məhəmməd (s) peyğəmbərimiz buyurub:  “Qonaq qəbul edən şəxs üçün elə bu günah bəsdir ki, öz qardaşlarının qabağına qoyduğu yeməyi az hesab etsin. Qonaqlara da elə bu günah bəsdir ki, qardaşlarının onların qabağına qoyduğu yeməyi az hesab etsinlər.”[1]

Həzrət (s) yenə buyurb: “Heç kəs qonaqların xatirinə özünü imkanından artıq zəhmətə salmamalıdır.[2]

 
İmam Sadiq (ə) buyurub: “Qardaşın sənin evinə çağrılmamış gəlsə, evdə olan yeməyi onun üçün gətir. Elə ki, onu dəvət etdin, onun qulluğunda zəhmət çək.”[3]

İmam Rza (ə) buyurb: “Bir kişi Əmirəl-möminini (ə) qonaq dəvət etdi. Həzrət (ə) buyurdu: “Dəvətini bu şərtlə qəbul edərəm ki, üç şeyi mənə söz verəsən.” Ərz etdi: “Nəyi söz verim, ey Əmirəl-möminin (ə) ?”  Buyurdu: “Ba­yır­dan mənim üçün bir şey almayasan, evində hazırladığını məndən əsirgə­mə­yəsən, arvad-uşağına əziyyət verməyəsən.” Ərz etdi: “Bu şərti qəbul edi­rəm, ey Əmirəl-möminin (ə).” Bununla da, Əli (ə) onun dəvətini qəbul et­di”[4]

 

Qonaq qəbul etməyin qaydası

Həzrət Məhəmmədin (s) qonaq qəbul etməyin qaydası haqqında buyurduqlarına nəzər salaq:

“Kim Allahın və Onun Rəsulunun (s) məhəbbətini qazanmaq istəyirsə, öz qonağı ilə birgə yemək yesin.”[5]

Sizlərdən biriniz qonaq dəvət olunanda övladını özü ilə aparmasın. Əgər belə etməsə, haram iş görmüşdür və itaətsizliklə dəvət edənin evinə daxil olmuşdur.[6]

“Qonağı iki gecə qəbul edərlər. Üçüncü gecədən ailə üzvündən sayılar və evə hər nə ruzi gəlsə, ondan yeyər.”[7]

“Qonaq qəbul etmək bir gün, iki gün, üç gündür. Ondan sonra ona hər nə versən sədəqə sayılar.”[8]

“Qonaqlıq vermək bir gün haqdır, ikinci gün ehsandır. İki gündən sonra riya və şöhrət axtarmaq hesab olunur.”[9]

 

İmam Baqir (ə) buyurub: “Sizlərdən biriniz qardaşının evinə daxil olan zaman ev sahibinin göstərdiyi yerdə otursun. Çünki ev sahibi öz otağının vəziyyətini qonaqdan yaxşı bilir.”[10]

 

İbn Əbi Yəfur nəql edir: “İmam Sadiqin (ə) evində bir qonaq gördüm. Bir gün o, durub iş görmək istədi. Həzrət (ə) ona icazə vermədi və şəxsən özü o işi yerinə yetirərək buyurdu: “Allahın Rəsulu (s) qonağa iş gördürməyi qadağan etmişdir.“”[11]

 

www.ahliman.info

[1] əl-Məhasin, c.2, səh.186 , hədis1533

[2] Kənzul-Ummal, səh. 25876

[3] əl-Məhasin, c.2, səh.179 , hədis1506

[4] Uyunu Əxbari Rza, c.2, səh. 42 , hədis138

[5] Tənbihul-Xəvatir, c.2, səh.116

[6] əl-Məhasin, c.2, səh. 181 , hədis1515

[7] əl-Kafi, c.6, səh. 283 , hədis1

[8] əl-Kafi, c.6, səh. 283 , hədis2

[9] əl-Kafi, c.5, səh. 368 , hədis4

[10] Biharul-Ənvar, c.75, səh. 451 , hədis2

[11] əl-Kafi, 6 c, səh. 283 , hədis1

Digər “Mənəviyyat ” Xəbərləri

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..

Mübarək Şəban ayının müştərək əməlləri

Mübarək Şəban ayının müştərək əməlləri dedikdə, ayın müəyyən bir gününə deyil, bütün günlərinə məxsus əməllər nəzərdə tutulur və aşağıda göstərilən əməllərin yerinə... Davamı..

Rəcəb ayının 27-ci günü – Məbəs bayramının əməlləri

Rəcəb ayının 27-ci günü  İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gündür və İslamın ən böyük bayramlardan biridir. Bu bayram münasibətilə əziz oxucularımızı təbrik... Davamı..

Başqalarını dua etmək…

Başqalarını dua etmək… “Əli ibn İbrahim Quminin atası İbrahim ibn Haşim deyir: Bir dəfə Həcc mərasimi zamanı Abdullah ibn Cündəbi Ərəfatda çox... Davamı..

Ləylətur-Rəğaib’ (İstəklər gecəsi) və məxsus əməllər

Rəcəb ayının ilk cümə axşamı“Leylətur-rəğaib” (istəklər gecəsi) adlanır və Rəcəb ayının əzəmətli, fəzilətli gecələrindəndir. Onun fəzilətlərindən biri də günahların bağışlanmasıdır. Hədislərə əsasən,... Davamı..

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..