Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl rəftar etməsidir. O, vaxtaşırı öz müsəlman qardaşının görüşünə getməli və onların vəziyyəti ilə yaxından maraqlanmalıdır. Qarşılaşdıqları çətinliklərdə onlara yardım etməli, qəm-qüssələrində şərik olmaldır ki, onlar özlərini tək hiss etməyib təsəlli tapa bilsinlər. Eyni zamanda onların həm sevinc, həm də kədərlərinə şərik olmalıdır ki, aralarındakı dostluq və qardaşlıq əlaqələri daha da güclənsin. Səhvə yol verdikləri zaman bir müsəlman kimi onlara tövsiyə etməli, günahdan çəkinməkdə köməklik göstərməlidir.
Çətinliklərlə qarşılaşdığımız və hər hansı bir səhvə yol verdiyimiz zaman yaxın qohum-əqrəbalarımızın bizə köməklik göstərməsini və problemlərimizin həllində yardımçı olmalarını istədiyimiz kimi, təbii ki, belə bir rəftarı onlar da bizdən gözləyirlər. Deməli, qohum-əqraba ilə sıx ünsiyyətdə olmaq ilk növbədə buna riayət edən şəxslər üçün faydalıdır. Əli (ə) bu haqda buyurur: «Ey camaat! Bu bir həqiqətdir ki, var-dövlət sahibi olsanız da qohum-əqrəbanızdan və onların himayəsindən ehtiyacsız deyilsiniz. Hər bir şəxsin qohum-əqrəbası və ailə üzvləri ona ən böyük arxa və yardımçıdırlar. Qarşılaşdığı çətinliklərdə hamıdan çox onlar maraqlanar, çətinliklərin aradan qaldırılmasında çalışarlar».[1] Dаща sоnrа isə buyurur:
«Agah olun ki, maddi vəziyyətiniz imkan verdiyi təqdirdə qohum-əqrəbalarınız çətinliklərlə üzləşərkən onlardan üz döndərib tək qoymamalısınız. Var-dövlətiniz onlardan gizlətməklə artmayacaqdır və əgər onların yolunda sərf edərsinizsə, yenə də azalmayacaqdır. Bilin ki, əgər qohum-əqrəba ilə əlaqəni kəsərsinzsə, onları edəcəyiniz yardımdan, özünüzü isə hər şeydən məhrum etmiş olursunuz. Onlarla gözəl davranıb mehribançılıqla rəftar etdikdə isə, qohumluq əlaqələrini daha da möhkəmlətmiş olursunuz».[2]
Bildiyimiz kimi ailə üzvülərinin hər biri müxtəlif xüsusiyyətlərə malikdir. Onlardan bəziləri yüksək zehni və cismi istedadlara malik оlduğu щаldа bəziləri də bunlardan müəyyən mənada və ya tamamilə məhrumdurlar. Bəziləri dövlətlidir, bəziləri də yoxsul, bəziləri xüsusi ictimai mövqeyə malikdir, bəziləri isə cəmiyyətdə elə də yüksək vəzifə və щörməт qazana bilmir. Bəziləri şüurlu və istedadlıdır, bəziləri də savadsız olduğundan heç bir məlumata malik deyil.
İcтimаiyyətdə yaranmış sinfi ixtilafları aradan qaldırımaq, cəmiyyət üzvlərinin malik olduqları bacarıq və istedadlardan lazımınca bəhrələnmək və nəhayət onları təkamül və inkişafa doğru yönəltmək üçün yalnız cəmiyyət üzvləri arasında sıx dostluq, qardaşlıq və qarşılıqlı həmkarlıq əlaqələri qurulmalıdır. Varlılar yoxsul təbəqəyə, güclülər gücsüzlərə əl tutmaqla və qarşılaşdıqları çətinlikləri birlikdə aradan qaldırmaqla özlərinin xarici və batini [mənəvi] düşmənlərinə qalib gələ bilərlər. Əks təqdirdə, bəzilərinə yoxsulluq, bəzilərinə zəiflik və digərlərinə də daxili və xarici düşmənlər zərbə vurub sarsıdacaqdır. Bu səbəbdən də islam ümməti öz birliyini qoruyub saxlamalı və günbəgün daha da inkişaf edib öz mövqeini gücləndirməyə çalışmalıdır. Nəql olunmuş bir çox rəvayətlərdə «qohum-əqrəba ilə gözəl ünsiyyətdə olmaq» hətta dinin bir hissəsi kimi qiymətləndirilmiş, ömrün uzanmasına və insanın cənnətlə mükafatlandırılmasına səbəb olduğu göstərilmişdir. Misal olaraq Peyğəmbərdən (s) və məsum imamlardan (ə) nəql olunmuş bir neçə hədisə işarə edirik:
«Məni görüb-eşidənlərə, burada olmayanlara, hələ ata belində və ana bətnində olan ümmətimin gələcək nəslinə tövsiyə edirəm ki, qohum-əqrəba ilə aralarındakı fasilə bir illik məsafə olsa belə, sıx ünsiyyətdə olsunlar. Çünki bu, dinin bir hissəsidir».[3]
İmаm Əli ibn Hüseyn (ə) Peyğəmbərdən (s) nəql etdiyi hədisdə buyurur: «Allah hər kimin ömrünü uzadıb ruzisini bol edərsə, sevinər və daim şad olar. Onlar da qohum-əqrəba ilə gözəl rəftar edər və onlarla sıx ünsiyyətdə olarlar. Həqiqətən «sileyi-rəhim» [qohum-əqrəba ilə sıx ünsiyyətdə olmaq] dil açaraq Allah-taalaya deyər: İlащi! Öz qohum-əqrəbası ilə gözəl əlaqədə olanlara qarşı rəhimli və mərhəmətli ol. Onlarla əlaqəsini kəsənlərlə əlaqəni kəs və rəhmət dərgahından uzaq et».[4]
Başqa bir rəvayətdə İmаm Rза (ə) Peyğəmbərdən (s) nəql edərək buyurur: «Hər kim mənə bir şeyə zəmanət verərsə, mən onun üçün dörd şeyə zamin olaram: Qohum-əqrəba ilə gözəl rəftar edənləri Allahın sevməsinə, ruzisinin artmasına, ömrünün uzanmasına və Allahın vədə verdiyi cənnətə daxil etməsinə».[5]
İmаm Məhəmməd Baqir (ə)-dan nəql olunmuş hədisdə deyilir:
«Qohum-əqrəba ilə gözəl əlaqədə olmaq insanın əməllərini saflaşdırır. Var-dövlətini çoxaldır, çətinliklərini həll edir və əcəlini təxirə salır».[6]
Məlum olur ki, qohum-əqrəba ilə gözəl rəftar etmək, onlarla sıx münasibət saxlamaq, qəm-qüssələrinə şərik olmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər bir müsəlmanın üzərinə düşən ən başlıca vəzifələrdən biridir. Bu məsələ böyük əhəmiyyət kəsb etdiyi üçün həzrət Peyğəmbər (s) və məsum imamlardan bu barədə onlarla hədis və rəvayət nəql olunmuş və bunun həyata keçirilməsinə təkid edilmişdir. Bəzən kimlərsə yolun uzaqlığını, işin çoxluğunu və bu kimi digər bəhanələri əllərində əsas tutaraq qohumluq əlaqələrinin bərqərar olunmasını qeyri-mümkün hesab edir və beləliklə özlərini üzürlü sanmağa çalışırlar. Bəzən də qohum-əqrəbanın soyuq münasibətlərini dəlil gətirərək öщdələrinə düşən bu dini vəzifədən boyun qaçırmaq istəyirlər. Lakin bütün bunlar əvvəlcədən həzrət Peyğəmbər (s) və imamlar (ə)-ın diqqətindən yayınmamış, bu barədə öz davamçılarına zaman və məkanı nəzərə alaraq dəyərli tövsiyələr etmişlər. Həzrət Peyğəmbərin (s) tövsiyələrinin birində buyurulur: «Bir il yol getməli olsan da öz qohum-əqrəbana baş çək». Yəni, əgər qohum-əqrəbaya baş çəkmək bir il vaxt aparsa da bunu yerinə yetirmək lazımdır. İmаm Sadiq (ə)-dan nəql olunmuş başqa bir rəvayətdə deyilir: «Bir şəxs Peyğəmbərin (s) yanına gəlib deyir: Ya Rəsuləllah! Qohum -əqrəbam mənə yaxşı münasibət bəsləmədikləri üçün mən də onlardan uzaq olmağa çalışıram. Peyğəmbər (s) buyurdu:
Belə etsəniz, Allah sizin hamınızı özündən uzaq edər.
Həmən şəxs soruşdu: Bəs nə etməliyəm? Peyğəmbər (s) buyurdu: Səni özündən uzaq edənləri bağışlamağı (güzəştə getməyi) bacar, səninlə əlaqəni kəsənlərlə əlaqə yarat və sıx ünsiyyətdə ol. Sənə qarşı haqsızlıq və zülm edənləri əfv et və bil ki, hər şeyə qadir olan Allah onlarla münasibətdə sənə arxa olacaqdır.[7]
Həzrət imam Əli (ə) bu barədə buyurur: «Qohum-əqrəbanız sizinlə əlaqəni kəssə də onlarla sıx münasibətdə olun».
İmаm Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir: «Qohum-əqrəba ilə yaxın ünsiyyətdə olmaq və onlara xeyirxahlıq etmək günahları azaldır və Qiyamət gününün sorğu-suallarını asanlaşdırır».[8]
Həzrət Peyğəmbər (s) bu haqda buyurur: «Salam verməklə olsa da qohum-əqrəba ilə əlaqə saxlayın».[9]
Başqa bir hədisdə deyilir: «Bir içimlik su qədər də olsa belə, (yəni, müddəti olduqca az olsa dа) qohum-əqrəbanızla yaxşı ünsiyyətdə olun. Qohumluq əlaqələrinin güclənməsinə səbəb olan ən başlıca amil onlarla gözəl rəftar etmək, pislik və kobudluqdan çəkinməkdir».[10]
[1] Nəhcül-bəlağə, 23-cü xütbə.
[2] Nəhcül-bəlağə, 23-cü xütbə.
[3] Biharul-ənvar, 74-cü cild.
[4] Yеnə оrаdа
[5] Yеnə оrаdа
[6] Biharul-ənvar, 74-cü cild.
[7] «Ehyaul-ülum»-qohum əqrəba ilə əlaqə və ünsiyyət fəsli.
[8] Biharul-ənvar, 74-cü cild.
[9] Yеnə оrаdа
[10] Yеnə оrаdа