Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 Noyabr 16:10
Şərh Yoxdur
1996

Qiyamət günü insanlar arasında, barəsində ilk hökm veriləcək şey qan olacaqdır

Allah-Təala Qurani-Kərimdə buyurur:

“Bu səbəbdən də İsrail oğullarına hökm etdik ki, hər kəs qisas haqqı olmadan, yer üzündə fitnə-fəsad törətməmiş kimsəni öldürsə bütün insanları öldürmüş kimidir. Hər kəs kimsəni diriltsə bütün insanlara həyat bəxş etmiş kimidir.”[1]

“Hər kəs qəsdən bir mömini öldürsə, cəzası əbədi qalacağı cəhənnəm olacaq. Allah ona qəzəb və lənət edər və onunçün böyük bir əzab hazırlamışdır.”[2]

 

Həzrət Muhəmməd (s) peyğəmbər buyurur:

“İnsanların ən dikbaşı, onu öldürmək niyyəti olmayan günahsız birisini öldürən və ya onu vurmayan birisini vurandır.”[3]

“Qiyamət günü insanlar arasında, barəsində ilk hökm veriləcək şey qan olacaqdır.[4]

“Əgər bütün dünya məhv olsa belə Allahın yanında onun əhəmiyyəti, nahaq yerə tökülən qandan daha azdır.”[5]

 

İmam Rza (ə) buyurur: “Allah insanı öldürməyi haram buyurdu. Çünki bu işi rəva görsəydi, insanların məhvinə və cəmiyyətdə hərc-mərcliyə səbəb olardı.[6]

 

www.ahliman.info

[1] Maidə, ayə 32

[2] Nisa, ayə 93

[3] Əmali-Səduq, səh. 28, hədis4

[4] Kənzul-Ummal, hədis 39887

[5] Ət-Tərğib vət-Tərhib, c. 3, səh. 293, hədis 6

[6] Mən la yəhzuruhul-fəqih, c. 3, səh. 565, hədis 4934

 

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..