Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Oktyabr 13:02
Şərh Yoxdur
3950

Peyğəmbərimiz (s) buyurub: “Öz ömrünə qarşı dinar-dirhəmindən daha xəsis ol”

“Allah sizi torpaqdan sonra nütfədən xəlq etmiş, sonra da sizi cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və doğmaz. Ahılın ömrünün uzadılması da, kimsənin ömrünün qısaldılması da, ancaq kitabda yazılmışdır. Həqiqətən, bu Allah üçün çox asandır.” [1]

İmam Əli (ə) buyurub: “Sənin ömrün çəkdiyin nəfəslərin sayıdır və bu nəfəsləri bir gözətçi sayır.[2]

 

Məhəmməd peyğəmbər (s) buyurub:

“Sizlərdən heç biri ömrünüzün bir gününü arxada qoymadan, ömrünüzün növbəti gününün pişvazına çıxmır.” [3]

Öz ömrünə qarşı dinar-dirhəmindən daha xəsis ol.[4]

“Həyatın müddəti məhduddur və heç kəs, onun üçün müəyyən edilmiş ömürdən çoxuna çata bilməz. Buna görə də ömür başa çatmamış tələsin.” [5]

 

İmam Əli (ə) buyurub:

Günün keçəni səndən gedəndir, gələcəyi şübhəlidir və indiki zaman isə fürsətdir.[6]

“Nə tez ötür günün saatları, nə tez keçir ayın günləri, nə qədər tez sovuşur ilin ayları və nə qədər tez ötür ömrün illəri!.” [7]

“Ey camaat! Elə indi, indicə vaxtı qənimət bilin, peşman olmamış və hər bir kəs «əfsus ki, Allahın işində səhlənkarldıq etdim» deməmiş vaxtı qənimət bilin” [8]

“Allahın rəhməti olsun nəfəslərinin ölümə doğru atdığı addımlar olduğunu bilən və sonra əmələ tələsərək arzularını qısaldana.” [9]

Məbada, öz ömrünüzü sizə qalmayacaq bir şey üçün hədərə verəsiniz. Çünki keçən ömür geri dönməz.[10]

“Ömrün sənin xoşbəxtliyinin mehriyyəsidir. Bu şərtlə ki, onu Allaha ibadət yolunda keçirəsən.” [11]

 

www.ahliman.info

[1] Fatir surəsi, ayə 11

[2] Ğurərul-Hikəm, hədis3434

[3] Tənbihul-Xəvatir, c. 2, səh. 218

[4] Məkarimul-Əxlaq, c. 2, səh. 346, hədis 2661

[5] Əlamud-Din, səh. 336, hədis 12

[6] Ğurərul-Hikəm, hədis 9840

[7] Nəhcül-Bəlağə, xütbə 188.

[8] Tənbihul-Xəvatir, c. 2, səh. 89

[9] Ğurərul-Hikəm, hədis 5214

[10] Ğurərul-Hikəm, hədis 2618

[11] Ğurərul-Hikəm, hədis 3429

Digər “Mənəviyyat ” Xəbərləri

Rəcəb ayında oxunulan dualar

Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu,... Davamı..

Mübarək Rəcəb ayının birinci gününün ƏMƏLLƏRİ

1. “İstiğfar” etmək: İmam Sadiqdən (ə) Peyğəmbəri-Əkrəmin (s) belə buyurduğu nəql olunur: “Rəcəb ayı ümmətimin “istiğfar” ayıdır. Bu ayda çoxlu istiğfar edin (və... Davamı..

Rəcəb ayının ilk gecəsinin duası

– Ayın hilalı göründüyü zaman oxunur: اللَّهُمَّ أَهِلَّهُ عَلَيْنَا بِالْأَمْنِ وَ الْإِيمَانِ وَ السَّلاَمَةِ وَ الْإِسْلاَمِ رَبِّي وَ رَبُّكَ اللَّهُ عَزَّ وَ... Davamı..

Nə üçün Allah insan həyatı üçün təhlükəli şeylər yaradıb?

Qur`an buyurur ki, Allah hər şeyi gözəl yaradıb.[1] İlanın bədənindəki zəhər bir çox ağır xəstəliklərin dərmanıdır. Hansı ki, yanlış olaraq, bu zəhərə... Davamı..

HƏZRƏT ÜMMÜL BƏNIN

Əli ibn Əbu Talib əleyhissalam qardaşı Əqil ilə məsləhətləşib ondan istədi ki, həzərətə elə bir nəsildən xanım tapsın ki, şücaətli övladlar dünyaya... Davamı..

Heç bir şey SALAVAT qədər dərdimə dəymir

Heç bir şey SALAVAT qədər dərdimə dəymir İrfan və mərifət yolunun saliki, rəbbani alim, Həzrət Ayətullah Seyyid Bəhauddini (r.ə) buyurub: Üç şey... Davamı..

Bu duanı unudanda QƏZA etməlisən

İmam Sadiq (ə) buyurur ki, Günəş çıxmamışdan və batmamışdan öncə bu zikri və duanı 10 dəfə oxumaq dəyişilməz bir sünnədir. Əgər unutsanız... Davamı..

Zikr, yəni yada salmaq, xəbərsiz qalmamaq və unutmamaq

Zikr, yəni yada salmaq, xəbərsiz qalmamaq və unutmamaq Zikr yada salmaqdır. Yada salmaq xəbərsiz olmağın əksidir. Allahdan, vəzifə məsuliyyətindən xəbərsiz olmamaq, maddi... Davamı..