Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
27 Fevral 14:39
Şərh Yoxdur
3625

Namazda diqqətin yayınması – bəndənin Allahdan üz çevirməsidir

İmam Sadiq (ə) buyurur: “Nə zaman bəndə namaza dayansa, Allah Təala ona üz çevirər və davamlı olaraq bəndəsinə diqqət edər, o zamana qədər ki, o, Allahdan üç dəfə üz döndərər. O zaman ki, bəndə üçüncü dəfə Allahdan üz döndərər, Allah da ondan üz döndərər”.

Hədisin şərhi.

İnsan namaza dayanan zaman Allah ona tam və xüsusi inayətlər edər. Yəni, bəndə Allaha hər nə qədər diqqət edərsə, Allah da bəndəsinə bu namazda o qədər diqqət edər. Əgər bəndənin diqqəti tam olarsa, Allahın da ona inayəti tam olar.

İkinci məsələ odur ki, bəndə namazda Allahdan üz çevirsə də, Allah üz çevirməz. Bir dəfə çevirməz, iki dəfə çevirməz, üçüncü dəfə ki, bəndə Allahdan üz çevirər, bu dəfə Allah da ondan üz çevirər. Bəndənin üz çevirməsi nə deməkdir? Bəndənin namazda Allahdan üz çevirməsi – diqqətinin yayınmasıdır. Yəni, bəndə namaz əsnasında başqa şeylər haqqında düşünər. Əgər insan iki rükət namaz qılar və bu namazı qəlb hüzuru ilə yerinə yetirərsə, çox sayda səğirə günahları bağışlanar və həmin namaz qəbul olar. Namazda Allaha üz çevirmək odur ki, bəndə dünya işlərini kənara qoyar və ancaq Allaha diqqət edər. İndi ki, namazda dayanmısan və bu bir neçə dəqiqə çəkir, diqqətini topla. Başqa işlərin ardınca getmə. (Tebyan/Deyerler)

Bu bir neçə dəqiqə çəkən namazda niyə belə tələsirsən? Niyə Allaha diqqət etmirsən? Allah buyurur ki, əgər sən Mənə diqqət etsən, Mən də sənə diqqət edəcəyəm. Əgər bir dəfə üz döndərsən, heç nə etmərəm, əgər iki dəfə üz döndərsən, yenə də səbir edərəm, ancaq üçüncü dəfə bu işi görərsənsə, Mən də səndən üz döndərərəm. Öz inayətimi səndən götürərəm və sənə lütf nəzəri ilə baxmaram.

Bunu yadda saxlamaq lazımdır ki, duanın həyata keçməsində namazın qəbul olmasının çox təsiri vardır. Hər kimin namazı qəbul olan namaz olarsa və ondan sonra dua edərsə, duası qəbul olar. Əgər dualarımız yerinə yetmirsə, deməli namazlarımız qəbul olmamışdır. Yadına sal gör diqqətin harada olmuşdur? Dünyanın hansı işlərini düşünürdün?

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri 1-ci gün: Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s)... Davamı..

‘Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

İmam Hüseynin (ə.s) ziyarətnaməsi

Oxunuş qaydası: Əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnə xatəmin nəbiyyin, əssəlamu ələykə yəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə ya Əba Əbdillah, əssəlamu... Davamı..

Ərbəin ziyarətnaməsi

Ərbəin günü İmam Hüseynin Ərbəin ziyarətnaməsini oxumaq müstəhhəbdir. Lakin digər günlər oxumaq da bəyənilir. Oxunuş qaydası: Əssəlamu əla vəliyyil­ləhi və həbibih, əssəlamu... Davamı..

Səfər ayının əməlləri

Səfər” ayı “ağır ay” adı ilə məşhur olduğundan, bu ayda çoxlu sədəqə vermək və dua etmək, məxsusən, aşağıdakı duanı hər gün on... Davamı..

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..