Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 Oktyabr 10:30
Şərh Yoxdur
3963

Namazda diqqətimizi necə toplayaq?

Biz müsəlmanlar üçün ağrılı məsələlərdən biri də budur ki, namazda diqqətimizi toplaya bilmir və bu bir neçə dəqiqədə mələkut aləminə uça bilmirik. Ayətullah Cavad Amuli buyurur: “Bəzən insan şəriətə əsasən namaz qılır, yəni namazın müstəhəblərinə və vacibatlarına riayət edir, ancaq qəlb hüzuru yoxdur. Bu namaz fiqhi cəhətdən batil olmasa da, ancaq əxlaqi cəhətdən təsirsiz namazdır. Namazda qəlb hüzurunu təmin etmək – çətin məsələdir. Hər namaz bir neçə dəqiqədən çox çəkmir və insan əgər bu bir neçə dəqiqəsini bilsə ki, Kiminlə söhbət edir – qalan məsələləri təmin olacaqdır. Ancaq bu bir neçə dəqiqəqdə hüzur qüdrəti olmadığına görə, başqa işləri də nakam qalar”. (Tebyan/Deyerler)

Alim yenə buyurur: “Namaz – Siratdır və Sirat qəflətlə bir yerə sığmır. Əgər insan qəflət edərsə, tükdən nazik və qılıncdan iti olan Siratdan süqut edər”.

Ona görə də deyə bilərik ki, həqiqi namaz o namazdır ki, insan ona diqqət edər və nəticə alar. Nəticəsi də bu olar ki, günahdan uzaqlaşar, insanı çirkin işlərdən saxlayar. O kəs ki, öz bədən üzvlərinə, halal və harama diqqət etməz – namazda qəlb hüzuru tofiqinə nail ola bilməz. Bilməz ki, kiminlə söhbət edir və Ondan eşitdiyi cavabları da dərk edə bilməz.

Ayətullah Noxudəki bizlərə qəlb hüzuru əldə etməyin yollarını tövsiyə edir və buyurur: “Namazda qəlb hüzuru əldə etmək – xəttatlıq sənəti kimi bir şeydir. Zəhmət, məşəqqət və uzun zaman olmadan mümkün olmaz. Yaxşı nəzər sal ki, hər kim xəttat olmaq istəyir – nə qədər zəhmət çəkməlidir. Müəllimlərinə xidmət etməli və məşəqqət çəkməlidir”.

Alim bizlərə buyurur ki, qəlb hüzuru asan bir iş deyildir, təmrinə və zəhmətə ehtiyacı vardır. Bu halı qısa müddətdə əldə etmək olmaz.

Ayətullah Cavad Amuli buyurur: “Nə zaman biz bir iş görmək istəsək və həmin işə mələkəmiz olmasa, başlanğıcda çox əziyyət çəkərik, o zamana qədər ki, həmin işdə mütəxəssis olarıq”.

Biz adətən maddiyyata ürəyimizi bağladığımıza görə namazda bədənimiz səcdə və rüku etsə də, ruhumuz maddi ləzzətlərin yanında olar. Biz öz dostlarımızla əyləşib adi mövzulardan danışan zaman çox ləzzət alarıq. Ancaq bir neçə dəqiqə qıldığımız namazda Kiminlə söhbət etməyimizi bilmədiyimizə görə, ləzzət almarıq, çünki Onu tanımırıq. Ona görə də namazda qəlb hüzuru ədə etmək istəyiriksə, ilk işimiz – Allahı tanımaq olmalıdır. Əgər Allahı tanıyıb, Onunla yaxın və dost ola bilsək – o zaman namaz qılmaqdan və Quran oxumaqdan ləzzət almış olarıq. Əgər biz bunu ürəkdən istəsək, Allah Özü bizə yardım edəcəkdir.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti.

🔷İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin (ə) ziyarətinə getməyəsən. Əgər belə etsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

‘Mübahilə’ gününün əməlləri

Zilhiccə ayının 24-ü “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

‘Qədir-Xum’ gününün əməlləri

Zilhiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

İldə oruc tutulması müstəhəb olan dörd əsas gün İshaq ibn Abdullah əl-Ələvi deyir:

Atam və əmilərim ildə oruc tutulması savab olan dörd günün ilin hansı günləri olması barədə bir-biriləri ilə mübahisə və ixtilaf etdilər. Onlar... Davamı..

Zilhiccə ayının 10-cu günü Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır.

1. Qüsl etmək; 2. Bayram namazı; bu namaz imamın hüzuru dövründə vacibdir və camaatla qılınmalıdır. Amma imam qeybdə olduğu vaxt bu namaz müstəhəbdir... Davamı..

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür.

Zilhiccə ayının 9-cu günü  “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..