NƏFS ilə mübarizə yollarından biri Ariflər və əxlaq ustadları yeməyi kontrol etməklə nəfsi kontrol etməyin mümkün olduğunu deyirlər:
1. Sevmədiyiniz və iştahanız babı olmayan bir şeyi yeməyin, çünki nadanlığa səbəb olur.
2. İştahanız çəkən hər şeyi yeməyin ki, insanı şəhvətpərəst edir.
3. Acmamış heç bir şey yeməyin, yeyərkən də ifrat (və israf) etməyin.
4. Halal qidalardan və halal qazanılmış ruzidən yeyin.
5. “Bismillah”sız yeməyə başlamayın.
6. Yaşadığınız cəmiyyətin ən fəqiri (kasıbı) həddində yeyin ki, ruzinizin qalanından digər fəqirlərə də kömək edə biləsiniz – (bu, İmam Əlinin (ə) sünnəsidir, əgər nəfsimizə qalıb gəlməyi bacarsaq).