Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Yanvar 16:54
Şərh Yoxdur
2120

Müsəlman vaxtını neçə yerə bölməlidir? – İmam Kazımın (ə) mübarək tövsiyəsi

İmam Kazım (ə) öz davamçılarına həyat işlərini nizama salmaq üçün proqram təqdim etmişdir ki, onunla tanış olaq.

 

Əziz İmam (ə) buyurur: “Çalışın ki, vaxtınız dörd saata bölünsün: Allahla münacat saatına, həyat işlərini görmək saatına, qardaşlarınızla ünsiyyət saatına, haram olmayan ləzzətlər üçün xəlvətə çəkildiyiniz saata.

Bu bir saatda, o biri üç saat üçün güc toplayarsınız.

Özünüzə yoxsul olmağı və uzunömürlü olmağı təlqin etməyin. Çünki hər kim yoxsul olmağı özünə təlqin edərsə, simic olar. Hər kim özünə uzun ömrü təlqin edərsə, çox şey istəyər. Özünüz üçün dünyadan pay qərar verin.

Özünüzə o qədərini verin ki, halal olsun və alicənablığı aradan aparmasın, onda ifrat olmasın. Dünyadan olan bu paydan dini işləriniz üçün yardım alın. Çünki nəql edilir ki, bizdən deyildir o kəs ki, dünyasını dininə görə buraxar və ya dinini dünyasına görə buraxar”.

 

İmam (ə) buyurur ki, insan gərək gününü elə tənzimləsin ki, bu dörd əməli yerinə yetirə bilsin.

Birincisi, Allahla münacat etməyə vaxtı olsun. İbadət edib, Allaha dua etsin. Onunla dərdləşsin.

İkincisi, ruzi qazanmaq üçün vaxtı olsun. Əgər insan yaxşı yaşamaq istəyirsə, gərək ruzi qazanmaq üçün səy göstərsin və ikincisi isə qənaət etməyi bacarsın.

İmamın (ə) tövsiyə etdiyi üçüncü əməl – din qardaşları ilə ünsiyyətdir. İmam (ə) buyurur ki, əgər dostun varsa və din qardaşlarınla dostluğun vardırsa – onlarla ünsiyyət bağlamaq üçün vaxt ayır. Qoy dostların sənin eyiblərini sənə tanıtsınlar. Sənə haqqı göstərsinlər. Səni doğru yola hidayət etsinlər.

İmamın (ə) tövsiyə etdiyi dördüncü əməl – istirahətdir. İnsanın istirahət etməsi, o biri üç əməl üçün güc toplamasına yardım edər. Ona görə də insan gün ərzində istirahət etmək üçün də vaxt ayırmalıdır.

 

Hər kim gününü İmamın (ə) buyurduğu kimi tənzim edərsə və planlaşdırarsa, şübhəsiz ki, xeyir əldə edər və gününün boş keçməsindən çəkinmiş olar.

Belə insan tərəqqi edər və kamala çatar. (Hədənə/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..