Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
24 Avqust 22:35
Şərh Yoxdur
1282

Rəbiül-əvvəl ayının əməlləri

Rəbiül-əvvəl ayının əməlləri

1-ci gün:

Rəbiül-əvvəl ayının 1-ci günü Peyğəmbəri-Əkrəmin (s) Məkkədən Mədinəyə hicrət etdiyi günə təsadüf edir. Tarixdə göstərilir ki,Peyğəmbəri-Əkrəmin (s) peyğəmbərliyindən on üç il keçdikdən sonra, Əbu Cəhlin təklifi və Qüreyş qəbiləsinin böyüklərinin qərarı ilə bir dəstə o həzrətin evinə hücum edib o həzrəti qətlə yetirmək istədikdə, Cəbrail-Əmin Allah-Taala tərəfindən o həzrətin Məkkədən Mədinəyə hicrət etməsi əmrini gətirir. İmam Əli (ə) Peyğəmbərin (ə) yatağında yatır və Peyğəmbər (s) tərəfdarları ilə birlikdə Məkkədən çıxıb, üç gün “Sur” mağarasında qaldıqdan sonra Mədinəyə doğru hərəkət edir. Həmin gün imam Əli (ə) canını Peyğəmbərin (s) yolunda təhlükəyə ataraq o həzrətin yerində yatdığı üçün tarixdə “Leylətül-məbit” adlanır.

Həmin gün oruc tutmaq, eləcə də, Peyğəmbər (s) və imam Əlini (ə) ziyarət etmək tövsiyə olunur.

9-cu gün:
Rəbiül-əvvəl ayının 9-cu günü imam Zamanın (ə.c.) imamətinin ilk gününə təsadüf etdiyindən, bayram və şərafətli bir gün olması ilə yanaşı, rəvayətdə göstərilir ki, həmin gün Allah yolunda infaq edən və yoxsullara əl tutan şəxsin günahları bağışlanar. Yoxsul və kimsəsiz mömin bacı və qardaşları yedirmək, onları sevindirmək, qəmlərinə şərik olmaq, çoxlu sədəqə vermək və ibadət etmək bu günün müstəhəb əməllərindəndir.

12-ci gün:
Sünni alimlərinin nəzərincə, Rəbiül-əvvəl ayının 12-ci günü Peyğəmbəri-Əkrəmin (s) mövlud gününə təsadüf edir. Həmin gün birinci rükətdə “Həmd” surəsindən sonra üç dəfə “Kafirun” surəsini, ikinci rükətdə isə “Həmd” surəsindən sonra üç dəfə “İxlas” surəsini oxumaqla iki rükət namaz qılmaq müstəhəbdir.

17-ci gün:
Şiə alimlərinin nəzərinə əsasən, Rəbiül-əvvəl ayının 17-ci günü Peyğəmbəri-Əkrəmin (s), eləcə də altıncı imamımız imam Sadiqin (ə) mövlud gününə təsadüf edir.

Həmin gün bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:

1. Qüsl etmək;

2. Oruc tutmaq; bu günün orucu bir illik orucun savabına bərabərdir.

3. Peyğəmbər (s) və imam Sadiqi (ə) istər uzaqdan, istərsə də yaxından ziyarət etmək (onlara məxsus ziyarətnamələri oxumaq);

5. Gün doğan zaman iki rükət namaz qılmaq; hər iki rükətdə “Həmd” surəsindən sonra on dəfə “Qədr” və on dəfə “İxlas” surələri tilavət olunur.

6. Sədəqə vermək və məhrum təbəqəni xeyirxah əməllərlə sevindirmək.

Mənbə: “Məfatihul-cinan”, Şeyx Abbas Qummi, “Rəbiül-əvvəl ayının əməlləri” bölümü.

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..